Coca-Cola ikinci zavodun tikilməsinə 30 milyon dollar pul ayıracaq
"Coca-Cola Azərbaycan" şirkətinə 2-ci zavodunu tikməsi üçün İsmayıllı rayonunda torpaq səhəsi bu ay ayrılacaq.
Marja xəbər verir ki, bunu"Coca-Cola Azərbaycan" şirkətinin baş direktoru Rəna Məmmədova 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olnmuş qadın jurnalistlər ilə görüşdə bildirib.
Şirkətin baş direktoru qeyd edib ki, Azərbaycanda biznes üçün əlverişli şərait yaradıldığından rəhbərlik etdiyi şirkət müvəffəqiyyətlə fəaliyyət göstərir:
"Coca Cola son 25 ildə fəaliyyətini genişləndirib. Şirkətimizin ikinci zavodunun qurulmasına ehtiyac var, çünki məhullarımıza təlabat artıb. İsmayıllı rayonunda dövlətimizin, o cümlədən İqtisadiyyat Nazirliyinin,AZPROMO-nun dəstəyilə bizə mart ayında torpaq sahəsi ayrılacaq. Biz də Azərbaycana söz verdiyimiz 30 milyon dollardan çox sərmayəni yatıracağıq və daha çox məhsullar istehsal edəcəyik".
Rəna Məmmədova əlavə edib ki, indiyədək şirkət Azərbaycana vergilər daxil 500 milyon manatdan çox sərmayə yatırılıb. "Coca-Cola Azərbaycan"ının fəaliyyəti ölkədə 5000 iş yerinin açılmasına gətirib çıxarıb.
Vurğulanıb ki, hazırda "Coca-Cola Azərbaycan" 20 mindən çox satış nöqtəsilə əməkdaşlıq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















