Azərbaycanda dollarla əməliyyatların həcmi 2,3 dəfə azalıb
2017-ci ilin aprel ayında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.
Mərkəzi Bankın statistikasına görə, 2016-cı ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə xarici valyuta əməliyyatlarının həcmi 2,12 dəfə azalıb.
Son 1 ildə ABŞ dolları ilə əməliyyatların həcmi 2,25 dəfə azalıb. Başqa sözlə, apreldə ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 206 mln. 107,3 min ABŞ dolları olubsa, 2016-cı ilin aprelində 463 mln. 257,2 min manat təşkil edib.
Bu ilin aprel ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 65 mln. 567,1 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 2,91 dəfə azdır. Apreldə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 140 mln. 540,2 min ABŞ dolları alınıb. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1,36 dəfə azdır.
Bu ilin mart ayı ilə müqayisədə apreldə banklar tərəfindən dollar alışı 52,95% artaraq 140 mln. 540,2 min ABŞ dolları təşkil edib. Bunun əksinə dollar satışı 33,73% dəfə azalıb. Bu məlumatların təhlili göstərir ki, əhali dollar satışını artırıb, alışını isə azaldıb.
2016-cı ilin aprel ilə müqayisədə ötən ilin eyni dövrü ilə müqayisədə avro ilə əməliyyatların həcmi isə 32,14% azalıb. Başqa sözlə, bu ilin aprelində avro ilə mübadilə əməliyyatlarının həcmi 42 mln. 183 min avro olubsa, 2016-cı ilin eyni dövründə bu göstərici 62 mln. 166,1 min avro təşkil edib.
Apreldə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 18 mln. 397,8 mln. avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 1,81 dəfə azdır. Hesabat dövründə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 23 mln. 785,2 min avro alınıb. Bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 17,39% azdır.
Bu ilin mart ayı ilə müqayisədə apreldə banklar tərəfindən avro alışı 46,69% artaraq 23 mln. 785,2 min avro təşkil edib. Bunun əksinə avro satışı 6,91% azalıb. Bu məlumatların təhlili göstərir ki, martla müqayisədə apreldə əhali avro satışını artırıb, avro alışında azalma qeydə alınıb.
15 AYLIQ KREDİT GÖTÜR, 12 AYIN FAİZİNİ ÖDƏ!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)







