Buğda qiymətləri tarixi ən yükək səviyyədə!
Rusiya və Ukrayna arasındakı müharibə Qara dənizdən taxıl daşınmasında risk yaratdığından, Çikaqoda buğda qiymətləri tarixi ən yükək səviyyələrə qalxıb.Rusiya-Ukrayna müharibəsindən sonra vüsət alan buğda qiymətlərinin artması rekord səviyyəyə çatıb.
Marja xəbər verir ki, Çikaqoda buğda fyuçersləri rekord səviyyəyə qalxaraq buşel üçün 13,63 dollara yüksəlib. Qiymətlərdə rekord qeydə alındıqdan sonra 12,02 dollara qədər geriləyib. (1 buşel = 60 funt və ya 27,2 kq)
"Farm Futures"in analitiki Jacqueline, bazarda çoxlu qeyri-müəyyənliklərin olduğuna diqqət çəkərək, Qara dəniz bazarının qarşıdakı aylarda əlçatan olub-olmayacağının vacib olduğunu vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bildirib ki, qlobal ərzaq qiymətləri fevral ayında bitki yağları və süd məhsulları başda olmaqla, bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
FAO-nun açıqlamasında bildirilir ki, ərzaq məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO Ərzaq Qiymətləri İndeksi fevral ayında yanvar ayı ilə müqayisədə 3,9 faiz artaraq orta hesabla 140,7 bənd təşkil edib. Ötən ilin fevral ayı ilə müqayisədə artım tempi 24,1 faiz təşkil edib.
İndeks qeyd olunan dəyər ilə bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Qlobal ərzaq qiymətlərinin süd məhsulları və bitki yağları hesabına artması diqqət çəkib.
Taxıl Qiyməti İndeksi buğda və qarğıdalı qiymətlərindəki yüksəliş səbəbilə aylıq 2%, illik isə 14,8% artıb. Qara dəniz bölgəsinin iki ən böyük buğda ixracatçısı olan Ukrayna ilə Rusiya arasındakı müharibənin buğda və qarğıdalı ixracatını məhdudlaşdıracağına dair narahatlıq bahalaşmaya əbəb olur.
Bitki Yağı Qiyməti İndeksi, palma, soya və günəbaxan qiymətlərinin hərəkətverici qüvvəsilə əlaqədar olaraq aylıq 8,5 faiz artıb. Dünya günəbaxan yağı ixracının təxminən 80 faizi Ukrayna və Rusiyanın payına düşür.
Şəkər Qiyməti İndeksi, əsas ixracatçılar Hindistan və Taylandda müsbət istehsal perspektivləri ilə əvvəlki ayla müqayisədə 1,9 faiz düşüb.
FAO Süd Məhsullarının Qiymətləri İndeksi 6,4 faiz artıb ki, bu da qıt qlobal tədarüklə dəstəklənir, Ət Qiyməti İndeksi isə 1,1 faiz artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)







