“PAŞA Həyat”yeni rekord nəticəyə imza atıb
“PAŞA Həyat” 2021-ci ilin maliyyə nəticələrini açıqladı(®) 2021-ci ildə PAŞA Həyat yığımlarına görə sığorta bazarı iştirakçıları arasında birinci yerdə qərarlaşmışdır.
Şirkətdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, şirkət sığorta bazarında bütün məhsulları üzrə 305 milyon manat sığorta yığımları əldə edərək yeni rekord nəticəyə imza atmışdır. Eyni zamanda, şirkət müştərilərinə 189 milyon manat sığorta ödənişi həyata keçirmişdir.
Ölkənin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2021-ci ilin audit olunmuş MHBS uyğun hazırlanmış maliyyə hesabatlarını ictimaiyyətə açıqlayıb.
2020-ci il ilə müqayisədə şirkətin cəmi məcmu gəliri 51% artaraq 30 milyon 173 min manat təşkil edib. Şirkətin məcmu kapitalı 71.5 milyon manat, məcmu öhdəlikləri isə 339.3 milyon manat təşkil edib.
PAŞA Həyat 2021-ci ili 28 milyon 647 min manat xalis mənfəət ilə başa vurub. 2020-ci illə müqayisədə Şirkətin xalis mənfəti 46% artıb.
Ən dayanıqlı şirkətlərdən olan PAŞA Həyat-ın məcmu aktivləri 2021-ci ilin 31 dekabr tarixinə 410.8 milyon manat təşkil edib.
PAŞA Həyat daim müştərilərə ən yaxşı xidmət və rəqəmsal həllər təqdim etmək üzərində çalışır. Bu istiqamətlərdə ən son təcrübələr üzərində çalışan şirkət artıq həyat sığortası bazarında ilk olaraq Agile metodologiyasını tətbiq edir. Eyni zamanda, 2021-ci ildən etibarən şirkət yeni Rəqəmsal strategiyanı həyata keçirməyə başlayıb. Şirkət ötən il ərzində yeni layihələrə imza ataraq Data Analitika, İnvestisiya prosesləri, digər biznes proseslərin optimizasiyası və yeni məhsulların yaradılması istiqamətində bir çox proseslər həyata keçirib.
2021-2023-ci illəri əhatə edən strategiya şirkəti müştəri təcrübəsinə əsaslanan və innovativ şirkət kimi formalaşdıracaq.
Mövcud dövrdə seçim əlbəttə ki, etibarlı və dayanıqlı həyat sığorta şirkətinə düşməlidir. İstənilən durumda sizin vəsaitiniz əminliklə qorunmalı və sizə gəlir gətirməlidir. Bunun üçün PAŞA Həyat ən doğru seçimdir.
Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-cu ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2021-ci il tarixinə şirkətin Nizamnamə kapitalı 40,250 milyon manat təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “Yığım tərkibli yaşam sığortası” və digər fərdi və korporativ həyat sığortası məhsullarını təklif edir.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 12 d. əvvəl
-
- 19 d. əvvəl
- 22 d. əvvəl
- 26 d. əvvəl
-
26 d. əvvəl
“Azərlotereya” illik 374 milyon manat gəlir, 74 milyon manat xalis mənfəət əldə edib
-
55 d. əvvəl
“Asel Kredit” BOKT 2025-ci ili 3 milyon 371 min manat xalis zərər ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Azəralüminium” ixracını 27% artırıb
“AzerGold”un ixracı 79 milyon dolları keçib
“Azərlotereya” 2025-ci il üzrə maliyyə hesabatını açıqladı
Rəsmi məzənələr açıqlandı
Ən çox oxunanlar
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
Neftin qiyməti ABŞ-İran razılaşmasına dair bədbinlik və yeni hücumların təsiri ilə yüksəlməkdə davam edib
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN





















