Ukraynadan Avropaya açıq etiraz
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri, Ukrayna-Rusiya danışqıalrında Ukrayna nümayəndə heyətinin rəhbəri Mixail Podolyak Avropadan şikayətlənir.
Marja xəbər verir ki, Podolyak Tvitter səhifəsində "Təəssüf ki, Avropa hələ də nəticələr çıxarmayıb. Və beləliklə qan axmağa davam edəcək" yazaraq əlavə edib.
"Üstəlik, Fransa prezidenti Makron artıq birbaşa olaraq Avropanın özündə “böyük müharibə”nin mümkünlüyündən danışır. Və nə? Və heç nə... Avropa şirkətləri Rusiyanı tərk etmək istəmirlər. Dünya bankları Rusiyanın ehtiyatlarında “oturmaq” üçün yollar axtarır.
Alman iş adamları isə elə davranmaq istəyirlər ki, heç nə baş vermir. Odur ki, kansler Şolz öz qərarsızlığına haqq qazandırmağa çalışaraq, müharibənin müəllifi kimi sadə ruslar ilə Putini ayırmağı təklif etməsi təəccüblü deyil. Sanki heç də eyni şey deyil. Və belə görünür ki, Ukrayna vətəndaşlarını canlı güllələyən 200 minlik rus əsgərləri Rusiya vətəndaşları DEYİL, onların ailələri də orada yaşamırlar.
Təəssüf ki, bu, Avropada son dərəcə yanlış və zərərli tendensiya kimi görünür. Rusiyayönlü lobbiçilər də aktiv fəaliyyət göstərirlər. Ancaq əsas şeyi yaxşı xatırlamalıyıq: rəsmi olaraq rusların 71% (bu gün yenilənən məlumatlara görə - 86,4%) Ukraynaya qarşı müharibəni və vətəndaşlarımızın kütləvi şəkildə öldürülməsini qəti şəkildə dəstəkləyir.
Bir daha rus cannibalizminin rəqəmlərinə diqqətlə baxın. Yenə də illüziyalardan qurtulun, avropalı dostlarımız".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 15 d. əvvəl
-
-
32 d. əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 39 d. əvvəl
- 42 d. əvvəl
-
53 d. əvvəl
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq























