Rusiya-Ukrayna danışıqlarının növbəti üzbəüz raundu Türkiyədə keçiriləcək - TARİX
Rusiya raundun martın 29-30-da, Ukrayna isə 28-30-da keçiriləcəyini açıqlayıb.Rusiya-Ukrayna danışıqlarının növbəti üzbəüz raundu martın 29-30-da baş tutacaq.
Marja xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski "Telegram" kanalında bildirib.
"Bu gün Ukrayna ilə videokonfrans ilə danışıqların növbəti raundu olub. Nəticədə martın 29-30-da şəxsən görüşmək qərara alınıb", - o yazıb.
Görüş Türkiyədə keçiriləcək.
XXX
Ukrayna-Rusiya danışıqlarının növbəti raundu Türkiyədə keçiriləcək.
Bunu Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya "Facebook" səhifəsində yazıb.
D. Araxamiya qeyd edib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri danışıqların növbəti raundunun 28-30 mart tarixlərində Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.
Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk raundu fevralın 28-də Belarusun Qomel vilayətində baş tutub və görüş 5 saat davam edib. Daha sonra daha iki üz-üzə raund və onlayn görüş baş tutub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 50 d. sonra
-
- 16 d. əvvəl
- 29 d. əvvəl
-
1 saat əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
-
1 saat əvvəl
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında





















