BƏƏ neft bazarını sabitləşdirmək üçün OPEC+ ilə işləyəcək
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl əl-Mezrui enerji bazarında sabitliyi təmin etmək üçün OPEC+ ilə işləyəcəklərini bildirib.
Marja xəbər verir ki, Əl Mezrui gündəlik hasilat gücünü 5 milyon barrelə çatdırmaq üçün əllərindən gələni etdiklərini, lakin bu, Rusiyanın da üzvü olduğu OPEC+-dan fərqli hərəkət etmək istədikləri anlamına gəlmir.
"Biz gücümüzü 5 milyon barrelə çatdırmaq üçün sərmayə yatırırıq. Lakin bu, birtərəfli qaydada edə biləcəyimiz iş deyil. Biz neft bazarını sabitləşdirmək üçün OPEC+ ilə işləyəcəyik", - deyə Əl Mezrui bildirib.
Rusiyanın Ukraynaya hücumu və dünyanın ən böyük neft idxalçısı Çində Covid-19 səbəbiylə tətbiq etdiyi karantinlər neft bazarında kəskin hərəkətlərə səbəb olur.
Rusiyaya qarşı sanksiyaların ölkədə istehsal və ixraca təsir edəcəyi gözləntiləri ilə Brent markalı neft ötən həftə 11,5 faiz bahalaşıb. Qiymətlər bu gün 3%-dən çox aşağı düşüb.
Abu Dabi Milli Neft Şirkətinin baş direktoru Əhməd Əl Cabir, qiymətlərin dəyişkən olduğunu və tələbin bu ilin son rübündə pandemiyadan əvvəlki səviyyələrə çata biləcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























