"Azərbaycan Sənaye Korporasiyası”nın müəssisələrinin özəlləşdirilməsi müzakirə edilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində özəlləşdirməyə açıq müəssisə və obyektlərin səmərəli özəlləşdirilməsi, investorlara daha əlverişli şəraitin yaradılması və onlara göstərilən dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi məqsədilə yaradılmış İşçi qrupun ilk iclası keçirilib.
Bu barədə nazirlikdən bildirilib.
İclasda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin özəlləşdirməyə açıq elan edilmiş müəssisə və obyektlərinin fəaliyyəti haqqında məlumatlar dinlənilib, onların özəlləşdirmədən öncə restrukturizasiyası və sağlamlaşdırılması sahəsində tədbirlər kompleksinin müəyyənləşdirilməsi, özəlləşdirmədən sonrakı mərhələdə müəssisələrə dövlət dəstəyi imkanları müzakirə edilib, potensial investorlara əlverişli şəraitin yaradılmasına dair fikir mübadiləsi aparılıb.
Bildirilib ki, özəlləşdirmədə investorlara dəstək tədbirlərinin tətbiqi ilə bağlı müvafiq mexanizm qurulmalı, İşçi qrupunda təmsil olunan qurumların səlahiyyətləri daxilində bu sahəyə dəstək göstərilməlidir.
Özəlləşdirilməsi nəzərdə tutulan müəssisələr haqqında ətraflı məlumat Xidmətin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
©️ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















