Ukrayna İstanbuldakı danışıqlarının yekunu ilə bağlı məlumat yayıb
Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi İstanbulda Rusya tərəfi ilə aparılan danışıqlarının yekununa dair məlumat yayıb/
Bu barədə Ukrayna nümayəndə heyətindən məlumat verilib.
Bəyanatda qeyd olunub ki, İstanbul görüşü (Ukrayna tərəfinin təklif etdiyi – red.) və Rusiya Federasiyasının nəzərə aldığı bir sıra mühüm müqavilə mövqelərini müəyyən etməyə imkan verdi.
“Təhlükəsizlik zəmanətləri haqqında Müqavilə əslində nəzəri deyil, praktiki olaraq ərazimizi və suverenliyimizi qorumaq üçün effektiv alət əldə etməyi nəzərdə tutur…Həmçinin, bu müqavilə qlobal təhlükəsizliyin indiki şəraitdə effektivliyini göstərməyən köhnə modelini yenidən nəzərdən keçirməyə və daha effektiv modellərə keçməyə imkan verir. Bundan əlavə, Ukrayna vahid Avropa bazarına tamhüquqlu üzv kimi giriş zəmanəti alır. Bu, həm iqtisadiyyatın modernləşdirilməsi üzrə irimiqyaslı proqramların maliyyələşdirilməsi, həm də Aİ-yə daxil olmaq üçün ifrat bürokratik prosedurlardan imtina baxımından çox vacibdir”, - deyə bəyanatda bildirilib.
Zelenskinin ofisində Krımla bağlı irəli sürülən təklifin inqilabi nailiyyət olduğunu vurğulayıblar.
“Çünki bu, ən azı Krım mövzusunun danışıqların gündəliyinə qaytarılması deməkdir. Əvvəllər Rusiya tərəfi bundan qəti şəkildə imtina edirdi. Üstəlik, bu, Krım mövzusunun indiki hüquqi şərhlərini (interpretasiyasını) qoruyub saxlamağa imkan verir, çünki Krım bizim üçün təbii ki, Ukraynanın bir hissəsidir. Krım məsələsində qarşılıqlı hərbi eskalasiyadan imtina etmək müharibənin ümumi dayandırılmasının açarıdır”, - deyə Ukrayna heyəti tərəfindən qeyd olunub.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 51 d. sonra
-
- 15 d. əvvəl
- 28 d. əvvəl
-
1 saat əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
-
1 saat əvvəl
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında






















