Fransada istehsal olunan "Karabakh" parfumu Bakıda satışda
(©) "Mugham" parfüm "Karabakh Bouquet-1752" üçün çəkilən növbəti video-çarxı təqdim edib.
2022-ci il "Şuşa ili"çərçivəsində satışa çıxarılan "Karabakh Bouquet - 1752" (Şuşanın təməli qoyulduğu il - 1752 - red) ətrinin qablaşdırılması Şuşanın simvolu olan “Gövhər Ağa” məscidinin memarlıq üslubundan, minarələrin üzərindəki naxışlardan ilhamlanaraq dizayn olunub.
Şərq üslubunda, çiçək qoxulu “Karabakh Bouquet - 1752” parfümü Qarabağ regionuna xas gülləri xatırladır. Ətrin tərkibindəki qafqaz xədicəgülü, qazsoğanı, fişer güləvəri çiçəkləri və ən əsası xarıbülbül azərbaycanlıların doğma yurdlarına dönməsinin ən xoş qoxulu təzahürüdür.
"Mugham" parfüm ailəsi Azərbaycan xalqını bahar tətili günlərində xoş ətirli yaz abu-havasını hiss etmək üçün mağazalarına dəvət edir.
Qeyd edək ki, “Mugham” ətirləri nadir və davamlı xammaldan hazırlanaraq məhdud sayda satışa çıxarılır.
Fransada istehsal edilən parfüm muğamın 7 növü - "Rast", "Shur", "Segah", "Chahargah", "Bayati -Shiraz", "Shushtar" və "Humayun"un adını daşıyır. “Mugham”ın Bakı ilə yanaşı, İstanbulun ən məşhur ərazilərindən birində - Nişantaşında da mağazası var.
Ünvan: Bülbül prospekti 18
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
7 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
8 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
8 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 9 saat əvvəl
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"






















