FAO: Ukraynadakı münaqişə kəskin ərzaq qıtlığına səbəb olub
Ukraynadakı münaqişə dünyanın ərzaq vəziyyətinə zərbə vurur, çünki Rusiya və Ukrayna birlikdə dünyanın əsas ərzaq tədarükçüləridir.
Bu barədə RİA "Novosti"yə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Moskva ofisinin direktoru Oleq Kobyakov bildirib.
Onun sözlərinə görə, planetdə aclıq və ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti ağırlaşdıran COVID-19 pandemiyası bu illər ərzində daimi ac insanların sayını 690 milyondan 811-820 milyona yüksəldib, son hadisələr və Ukraynadakı münaqişə təkcə Rusiya və Ukraynanın ərzaq bazarına deyil, həm də dünya bazarına təsir edir.
"İndi planetin hər onuncu sakini ərzaqla təminat problemi yaşayır", - Kobyakov bildirib.
O vurğulayıb ki, Rusiya və Ukrayna birlikdə, xüsusilə taxıl – buğda, çovdar və qarğıdalı, günəbaxan və kolza istehsalı baxımından dünyanın əsas taxıl anbarları hesab olunur.
"Ümumiləşdirilmiş məlumatı alanda biz təəccübləndik ki, nə qədər ölkə Rusiya və Ukraynadan ərzaq idxalından birbaşa asılıdır – bütün Qərbi Asiya və Şimali Afrika, bir çox digər Afrika və Asiya ölkələri, hətta Latın Amerikası və Avropa ölkələri", - deyə FAO-nun Moskva ofisinin direktoru əlavə edib.
Kobyakovun sözlərinə görə, 50-dən çox ölkə ərzaq xammalına olan tələbatının əhəmiyyətli hissəsini Rusiya və Ukraynadan edilən idxal hesabına ödəyir. Böhran bu əksər ölkələrin ən yoxsullarına daha çox zərbə vurur: "Buğda qiymətləri son aylarda 40% və ya daha çox artıb, bir çox ölkədə təchizat problemləri və kəskin qıtlıq müşahidə olunur".
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















