Qida istehsalında təhlükə - Məhsullar çirkli konveyer lentində istehsal olunur
“Bir sıra istehsalçılar konveyer lentini vaxtında dəyişdirmir, konveyer lentini tam aşınana qədər işlədirlər, bu da çirklənməyə səbəb olur və qida gigiyenası üçün təhlükəlidir”Qida sənayesində konveyer lentləri - Nələrə diqqət etmək lazımdır?
“Mikroorqanizmlərin nəzarətsiz böyüməsini məhdudlaşdırmaq üçün konveyer lentlərini istismar müddətindən asılı olaraq dəyişdirmək lazımdır.Təəssüf ki, bəzən istehsalçılar çirklənməni nəzərə almayaraq konveyer lentini tam aşınana qədər işlədirlər ki, bu da qida gigiyenası üçün təhlükəlidir”.
Bunu Marja-ya açıqlamasında “GST Company” şirkətinin direktoru Azər Orucov bildirib.
İş adamı qeyd edib ki, konveyer sistemi xammalın, yarımfabrikatların və son məhsulların daşınmasını həyata keçirən, qida istehsalı zəncirində vahid əməliyyatdır. Buna görə də bu əməliyyat qida emalı sənayesində geniş istifadə olunur.
“Qida təhlükəsizliyi - əsasən qorunmayan məhsullar daşındıqda çirklənməyə nəzarətdən asılıdır. Beləliklə, konveyerlər qida sənayesində qida gigiyenası baxımından kritik bir sahə hesab olunur, çünki lentlər mikroorqanizmləri bir məhsuldan digərinə çarpaz ötürərək çirklənmədə iştirak edə bilər, eyni zamanda bir istehsal sahəsindən digərinə keçə bilər.
Təəssüf ki, bu avadanlığın təmizlənmə qabiliyyəti nadir hallarda optimallaşdırılır. Lentlər yüksək dərəcədə aşınmaya məruz qalır, üzərində mikro çatlar əmələ gəlir, mikroorqanizmlər o çatlarda yerləşir və onları təmizləmək mümkün olmur. Bundan əlavə, effektiv gigiyena əməliyyatlarının həyata keçirilməsini çətinləşdirən bir çox konveyer növləri var”,- Azər Orucov deyib.
Şirkətin rəhbəri vurğulayıb ki, mikroorqanizmlərin nəzarətsiz böyüməsini məhdudlaşdırmaq üçün konveyer lentlərini istismar müddətindən asılı olaraq dəyişdirmək lazımdır: “Təəssüf ki bəzən istehsalçılar çirklənməni nəzərə almayaraq konveyer lentini tam aşınana qədər işlədirlər ki, bu da qida gigiyenası üçün təhlükəlidir”.
“GST Company” MMC qida sənayesində istifadə olunan konveyer lentlərinin istənilən ölçüdə satışını və servisini həyata keçirir.Təklif olunan lentlər Hollandiya istehsalı olmaqla müvafiq sertifikatlara malikdir. Çox işlənən konveyer lentləri şirkətin anbarında mövcuddur ona görə çatdırılma vaxtı xidmətdən asılı olaraq 1-2 gün çəkir.
“GST Company” MMC 2016 cı ildən fəaliyyət göstərir. Şirkət avtomobil servislərində, tikinti konstruksiya sənayesində, neft sənayesində və qida sənayesində işlənən köməkçi materialların satışı ilə məşğuldur. “GST Company aparıcı Avropa istehsalçılarının məhsullarını və həllərini təklif edir. Fəaliyyətində əsas hədəf hər gün dəyişən yenilənən texnologiyanı öyrənib yerli bazara inteqrasiya edərək istehsal prossesinin optimallaşmasında müştərilərə xidmət göstərmək və inkişaf etməkdir.
Əlaqə:
"GST Company" MMC
Sabuncu rayonu, Maştaga qəs, M. Huseynzade. 3/45, AZ1039 Bakı, Azərbaycan
Tel: +994125558083
Mobile: +994502071201
Email: [email protected]
İnstagram: @servis_konveyer_lenta
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























