SİMA-nın ilk tərəfdaşı “PAŞA Bank” oldu
Müştəri banka gəlmədən, zaman itkisinə yol vermədən, müraciəti üzrə ayrılan kredit vəsaiti birbaşa onun istifadəsində olan əməkhaqqı kartına köçürüləcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı bulud əsaslı yeni nəsil rəqəmsal imza – SİMA-nın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir. “PAŞA Bank”ın sisteminə isə inteqrasiya işləri artıq yekunlaşıb və bununla da bank SİMA üzrə ilk tərəfdaş olub.
Marja xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, tərəfdaşlığa əsasən, “PAŞA Bank”ın əməkhaqqı kartı sahibləri nağd pul kreditləri ilə bağlı sorğularını bankın yeni mobil tətbiqi üzərindən göndərə, müvafiq sənədləri də yeni nəsil rəqəmsal imza – SİMA vasitəsilə təsdiqləyərək rahat şəkildə kredit əldə edə biləcəklər. Beləliklə, müştəri banka gəlmədən, zaman itkisinə yol vermədən, müraciəti üzrə ayrılan kredit vəsaiti birbaşa onun istifadəsində olan əməkhaqqı kartına köçürüləcək.
SİMA vasitəsilə gələcəkdə bankın digər məhsullarından da istifadə mümkün olacaq.
Yeni imza vasitəsilə bank xidmətləri ilə yanaşı, digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə imza tətbiq olunan bütün sahələr daxildir.
Qeyd edək ki, SİMA-nın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstün cəhətləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA – rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 19 saat sonra
-
-
46 d. əvvəl
"Biləsuvar GES Azərbaycanın enerjiyə tələbatının 4-5 %-ni təmin edəcək"
-
51 d. əvvəl
ChatGPT-ni yaradan şirkətin dəyəri 500 milyard dollara çatıb
-
1 saat əvvəl
Azərbaycanda ən böyük GES-də ilk panelin quraşdırılması mərasimi keçirilir
-
1 saat əvvəl
BOKT "Embafinans" kredit itkisilə qarşı-qarşıya- XALİS MƏNFƏƏTİ AZALIB
-
2 saat əvvəl
"Tikintiyə icazə ilə bağlı sahibkarların üzləşdiyi müəyyən çətinliklər qalır"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

ChatGPT-ni yaradan şirkətin dəyəri 500 milyard dollara çatıb

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır

Azərbaycanlı biznesmen haqqında yayılan iddialara cavab
Ən çox oxunanlar

“Milliön şans” lotereyasına möhtəşəm hədiyyələrlə start verildi!

Pfizer ABŞ-a 70 milyard dollarlıq sərmayə yatıracaq və dərman qiymətlərini aşağı salacaq

Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə görüşü olub

Qlobal bazarlarda son vəziyyət

Əliyev və Paşinyanın görüşü baş tutub

Azərbaycanın iri bankı Avropanın qabaqcıl bankı ilə 37 milyon avroluq müqavilə imzaladı

“Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyası keçirilib
