Avropa Mərkəzi Bankı İyul ayında faiz artıra bilər
Avropa Mərkəzi Bankının (AMB, ECB) İdarə Heyətinin üzvü Martins Kazaks, bankın inflyasiya riskləri səbəbilə ən tez iyul ayında faiz dərəcələrini artıra biləcəyini deyib.
Marja xəbər verir ki, Bloomberg-ə verdiyi müsahibəsində Kazaks bildirib ki, o, treyderlərin depozit faizlərinin bu il rekord minimum olan mənfi 0,5 faizdən 0 faizə yüksələcəyi ilə bağlı gözləntilərinin əleyhinə deyil.
Mövzu ilə bağlı Kazaks, "İyul ayında faiz artımı mümkündür və buna qarşı çıxmaq üçün heç bir səbəbim yoxdur. Biz siyasətin normallaşması yolundayıq. Yavaş-yavaş sıfıra, sonra da bu səviyyənin üzərinə çıxacağıq" deyib.
Avro Bölgəsində 7,5% olan rekord yüksək inflyasiya səbəbilə siyasətçilərin faiz artıracağına dair mesajları da artır. Valyuta bazarlarında, iyul ayına qədər faizin 0,25 bənd artırılacağı ehtimalı 50%-in üzərindədir. Sentyabr və dekabr aylarında faiz dərəcələrinin hər birində 0,25 baza bəndi artacağı gözlənilir.
Lakin Ukraynada davam edən müharibə siyasətçiləri ehtiyatlı davranmağa vadar edir.
Buna baxmayaraq, ABŞ və Böyük Britaniya Mərkəzi Bankları inflyasiya səbəbindən sərt pul siyasəti dövrünə başlayıblar.
Avropa Mərkəzi Bankı isə inflyasiya riskinə məhəl qoymadığı üçün tənqidlərin mərkəzindədir.
"Şahin" baxışları ilə tanınan Kazaks "tədrici artım yavaş demək deyil. 0,25 bəndlik faiz artımı hazırda məqsədəuyğun görünür. Bununla belə, siyasətçilər iqtisadi məlumatlardan asılı olaraq daha böyük artımları da müzakirə edə bilərlər",- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)














.jpg)

