Hesab.az portalının yaradıcısı gəlir və mənfəətini açıqladı
GoldenPay şirkətinin 2021-ci il üzrə maliyyə göstəriciləri açıqlandı! Hesab.az onlayn xidmətlər platformasının istifadəçi sayı 688 minə çatıb.Azərbaycanda ilk onlayn ödəmələr şirkəti, Hesab.az portalının yaradıcısı “QoldenPey” ASC 2021-ci il üzrə maliyyə və digər göstəricilərini açıqlayıb.
Marja.az-ın GoldenPay şirkətinin idarə heyətinin sədri Naina Mehdiyevadan aldığı məlumata əsasən, bu il fəaliyyətinin 15-ci ilində olan şirkətin göstəricilərində əvvəlki il ilə müqayisədə xeyli artım müşahidə olunub.
Belə ki, şirkətin 2021-ci il üzrə ümumi dövriyyəsi 494 milyon 932 min 551 manat olmuşdur ki, bu rəqəm əvvəlki ilin analoji dövrü (2020: 348 milyon 410 min 896 manat) ilə müqayisədə 42% çoxdur.
2021-ci ildə “QoldenPey” şirkətinin gəlirləri 8 milyon 396 min 901 manat təşkil edib ki, bu da əvvəlki ilin analoji dövrünə (2020: 5 milyon 310 min 165 manat) nisbətən 58% çoxdur.
2021-ci ildə “QoldenPey”in xalis mənfəəti isə 1 milyon 410 min 834 manat olmuşdur ki, bu da əvvəlki ilin analoji dövrü (2020: 715 min 73 manat) ilə müqayisədə 97% daha çoxdur.
2021-ci il sonu etibarilə “QoldenPey” ASC-nin cəmi aktivləri 4 milyon 158 min 827 manat təşkil etmişdir. Bu göstərici 2020-ci il ilə müqayisədə (2020: 3 milyon 19 min 964 manat) 38% artmışdır və 2021-ci il sonu etibarilə cəmi kapital (xalis aktivlər) 2 milyon 467 min 583 manat təşkil etmişdir. Bu göstərici əvvəlki ilin göstəricisi (2020: 1 milyon 56 min 749 manat) ilə müqayisədə 134% artmışdır.
Artımı həm də Hesab.az onlayn xidmətlər platforması üzrə də müşahidə etmək mümkündür. Belə ki, platformanın 2020-ci ildə 614 min qeydiyyatlı istifadəçi sayı olduğu halda, 2021-ci ildə bu rəqəm 688 minə kimi yüksəlmişdir. Bu da platformanın qeydiyyatlı istifadəçi sayında bir il ərzində 12% artım olduğunu göstərir. Hazırda isə, platformada qeydiyyatlı istifadəçi sayı 700 mindən çoxdur.
14 Aprel tarixində yaradılışının 11-ci ilini qeyd edən Hesab.az, bu artıma funksional yenilikləri, ödəmə xidmətlərinin genişləndirilməsi, göstərdiyi xidmət keyfiyyəti ilə müştəri məmnuniyyətinin təmin edilməsi və həmçinin də həyata keçirilən müxtəlif kampaniyaları ilə nail olmuşdur.
Qeyd edək ki, şirkətdən aldığımız məlumata əsasən, 2022-ci ildə şirkətin göstəricilərinin daha da artırılması, yeni məhsul və xidmətlərin təqdim olunması və bazardakı lider mövqeyinin saxlanılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 11 d. əvvəl
-
-
19 d. əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
31 d. əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
38 d. əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
47 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
2 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
















.jpg)








