Səhmdarlarından “Rabitəbank”a böyük dəstək – 100 milyonu keçdi
Azərbaycanın bank sektorunda aparıcı mövqelərdən birini tutan “Rabitəbank” ASC-nin səhmdarları bankın səhmdar kapitalını 40 milyon artıraraq bankın məcmu kapitalını 105 milyon manata çatdırıblar. Bu barədə Bankdan “Marja”ya bildirilib.
Kapital artımı bankın mövcud səhmdarları tərəfindən həyata keçirilib. Artım nəticəsində bankın səhmdar kapitalı 48.5 milyon manatdan 88,5 milyon manata çatdırılmışdır.
31 may, 2017-ci il tarixində Rabitəbank ASC-nin aktivləri ilin əvvəlilə müqayisədə artaraq 638 milyon manata, depozit portfeli isə 467,3 milyon manata çatmışdır. Cari ilin 1 may tarixinəbankın faiz gəlirləri 9,9 milyon manat, qeyri-faiz gəlirləri isə 7,2 milyon manat təşkil etmişdir.
Hazırda Rabitəbank-da 146 min-dən çox hüquqi şəxs və fiziki şəxslərdən ibarət müştəri xidmət olunur, həmçinin bankda 600 nəfərə yaxın təcrübəli və ixtisaslı peşəkar çalışır.
1993-cü ildə yaradılan Rabitəbank ASC qısa zaman ərzində fəaliyyət istiqamətini genişləndirərək ölkənin iri bankları arasında öz mövqeyini qoruyub saxlamağa nail olub. Bu gün Bank 22 filial və 1 şöbədən ibarət geniş filial şəbəkəsilə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 15 regionunda müştərilərinə xidmət göstərir. Uzun müddətli təcrübə vəgeniş müştəri bazası ilə bank gələcək inkişafı üçün də etibarlı bünövrə yarada bilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















