Mikayıl Cabbarovdan "məzənnə" açıqlaması
Azərbaycanın iqtisadiyyat naziri bildirib ki, artıq Manatın dəyərinin aşağı düşməsi kimi risk mövcud deyil."Azərbaycanda son illər müxtəlif səbəblərə görə qarşımızda durmuş milli valyutanın məzənnəsi və dəyər zəncirinin aşağı düşməsi kimi risklər artıq mövcud deyil".
Bunu Bakıda keçirilən və "Sahibkarlar Günü"nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində həmin risklərin Azərbaycan iqtisadiyyatına təsirilərinin qarşısı alınıb.
"Ölkəmizdəki sənayə parkları, azad iqtisadi zonalar, aidiyyəti dövlət qurumlarının fəaliyyəti, gömrükdə "Yaşıl dəhliz"lər, əmək və vergi qanunvericiliyi sahəsində aparılan uğurlu dəyişikliklər bu gün yalnız yerli sahibkarlar üçün deyil, həm də xarici ölkələrdə bizə marağı artırır. Biz bu istiqamətdə lazımı dəstəyi verməyə hazırıq", - nazir qeyd edib.
Azərbaycanda dövlət qurumları və şirkətləri yerli istehsalçılara yönədiləcək
Azərbaycanda iqtisadi siyasətin növbəti istiqaməti büdcə təşkilatlarının, dövlətə məxsus şirkətlərin daha çox yerli istehsalçılara yönəlməsi olacaq.
Bunu Bakıda keçirilən və "Sahibkarlar Günü"nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Yerli deyəndə mən kapitalın mənşəyi barədə danışmıram. Üstünlük verərdik ki, bu milli kapitallı şirkətlər olsun, amma birgə müəssisələr də ola bilər. Sirr deyil ki, bir çox hallarda bu imkanları reallaşdırmamışıq. Yaxın vaxtlarda bununla bağlı yeni təşəbbüsə başlanılacaq, onun flaqmanı isə Dövlət Neft Şirkəti (SOCAR) olacaq. Hazırda SOCAR-ın dəyər zəncirinin, satınalmalarının, təchizat zəncirinin yenidən qiymətləndirilməsi gedir. Bu işi də Prezident İlham Əliyevin tapşırığı əsasında, Müşahidə Şurası, şirkətin yenilənmiş rəhbərliyi həyata keçirir. Əsas məqsəd odur ki, yerli iqtisadiyyatda töhfəni və dəyəri necə artıra bilərik? Bu hansı imkanlar açır? Bu sahədə fəaliyyət göstərən hansı sahibkarlarımiz var? Qeyd etdiyim kimi, bu, dövlətin bütün iri təşkilatlarının qarşısında duran əsas hədəflərindən biridir", - o qeyd edib.
"İqtisadiyyat pandemiyadan sonra həddindən çox sürətlə bərpa olunub"
Azərbaycan iqtisadiyyatı koronavirus (COVID-19) pandemiyasından sonra həddindən çox sürətlə bərpa olunub və bu tendensiya davam edir.
Bunu Bakıda keçirilən və "Sahibkarlar Günü"nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“2021 -ci ilin nəticələrinə görə, iqtisadiyyatın bütün əhəmiyyətli sahələrində ümumi daxili məhsulun (ÜDM) artım tempi, sənaye istehsalının artım tempi, qeyri-neft iqtisadiyyatının artım tempi, qeyri neft ixracının artım tempi və 2022-ci ildə onların sürətlənlməsi onu göstərir ki, dövlətin keçirdiyi siyasət istənilən nəticəni verir. Bu o demək deyil ki, biz bütün problemləri həll etmişik. Yəqin ki, heç bir zaman belə gözlənti olmayacaq. Cəmiyyət olduqca, çağırışlar və problemlər olacaq. Biz bu gün nəyi vacib görürük? Sahibkarların fəaliyyətlərin daha da genişləndirilməsi üçün sərmayələrin təşviqi üçün dövlətdən hansı gözləntiləriniz var? Bizim baxışımız maliyyəyə çıxış, dövlətin yeni bazarlara çıxış imkanlarını yaxşılaşdırması, gömrük rüsumlarının, texniki qaydaların daha da yaxşılaşdırılmasıdır".
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© "Report"
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 d. əvvəl
Özəl qurumlar arasında ilk İlkin Kütləvi Təklif üzrə 3 broker şirkətilə saziş imzalandı
-
- 13 d. əvvəl
-
16 d. əvvəl
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davam edib
-
20 d. əvvəl
18% gəlir təklif edən istiqrazlar ticarətə buraxılır - TARİX
- 23 d. əvvəl
-
25 d. əvvəl
İran Yaxın Şərqdə banklar və maliyyə institutlarını hədəf alacaq
- 28 d. əvvəl
-
31 d. əvvəl
Unicapital-da gender bərabərliyi mövzusunda maarifləndirici seminar keçirilib
-
34 d. əvvəl
Təmirli mənzil alan müştərilərə müxtəlif məişət avadanlıqları və texnikası hədiyyə olunacaq
- 50 d. əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
18% gəlir təklif edən istiqrazlar ticarətə buraxılır - TARİX
İran Yaxın Şərqdə banklar və maliyyə institutlarını hədəf alacaq
Kür çayına 4 000 ədəd çəkikimi balıq körpələri buraxıldı
Ən çox oxunanlar
Təmirli mənzil alan müştərilərə müxtəlif məişət avadanlıqları və texnikası hədiyyə olunacaq
"BOA Agency"də iclasın keçiriləcəyi tarix dəyişdirilib
Azərbaycanın tekstil şirkətinin mayası kəskin azaldıldı - 4,7 MİLYON MANATLIQ KİÇİLMƏ
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !























