“AccessBank”ın xalis mənfəəti 6 dəfəyə yaxın artıb
“AccessBank” QSC 2022-ci ilin 1-ci rübünü 803 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ilin ilk rübünü 135 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “AccessBAnk”ın xalis mənfəəti 2021-ci ilin 1-ci rübü ilə müqayisədə 2022-ci ilin 1-ci rübündə 6 dəfəyə yaxın artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, “AccessBank”ın faiz gəlirləri 2021-ci ilin ilk rübündə 22 milyon 613 min manat ikən, 2022-ci ilin ilk rübündə 30 milyon 679 min manat təşkil edib (8 milyon 66 min manat və ya 35,7% artıb). Bankın qeyri-faiz gəlirlər isə 1 milyon 281 min manatdan 1 milyon 808 min manata yüksəlib (527 min manat və ya 41% artıb).
2022-ci ilin yanvar-mart dövründə “AccessBank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 32 milyon 487 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 30 milyon 109 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 2 milyon 378 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 1 miylon 575 min manat ayırıb. Nəticədə, “AccessBank” 2022-ci ilin 1-ci rübünü 803 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-mart dövründə “AccessBank”ın cəmi əməliyyat gəlirləri 23 milyon 894 min manat, cəmi əməliyyat xərcləri 24 milyon 651 min manat, xərclər gəlirlərdən çox olduğu üçün əməliyyat zərəri 757 min manat təşkil etmişdi. Ehtiyatlardan azad olmuş 892 min manat hesabına həm əməliyyat zərəri bağlanmış, həm də Bankın 135 min manat xalis mənfəəti yaranmışdı.
BANKIN BÖYÜKLÜYÜ 1 MİLYARD MANATA YAXINLAŞIB
“AccessBank”ın cəmi akivləri 2021-ci ilin sonu ilə müqayisədə 51 milyon 466 min manat və ya 5,5% artaraq 31 mart 2022-ci il tarixində 983 milyon 616 min manata, müştərilərə verilmiş kreditlər isə 34 milyon 449 min manat və ya 5,4% artaraq 666 milyon 925 min manata çatıb. Bankın istehlak kreditləri portfeli 11 milyon 730 min manat artaraq 97 miylon 951 min manata, biznes kreditləri 23 milyon 221 min manat artaraq 562 milyon 590 min manata çatıb, ipoteka kreditləri portfeli isə 502 min manat azlaraq 6 milyon 384 manata düşüb.
BANKDA ƏHALİNİN ƏMANƏTLƏRİ ARTIB
“AccessBank”ın depozit portfeli ilk rübdə 54 milyon 783 min manat və ya 7,9% artaraq 744 milyon 611 min manata, o cümlədən fiziki şəxslərin əmanətləri 49 milyon 935 min manata artaarq 607 milyon 908 min manata çatıb.
31 Mart 2022-ci il tarixində “AccessBank”ın məcmu kapitalı 81 milyon 520 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
16 d. əvvəl
BOKT “KREDEX”in ünvanının dəyişməsi ilə əlaqədar lisenziyası yenilənib
-
1 saat əvvəl
Yeni kart təqdim edildi - 15 min manatadək komissiyasız nağdlaşdırma, kart qalığına 8% gəlir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9% artıb
-
2 saat əvvəl
PAŞA Bank-ın dəstəyi ilə “AI for Good” süni intellekt təlim proqramının açılış mərasimi keçirildi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan iqtisadiyyatı 1,7 faiz artıb
Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib
“AFB Bank” rebrendinq üçün araşdırmalara başlayıb
Ən çox oxunanlar
PAŞA Bank iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb
Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9% artıb
PAŞA Bank-ın dəstəyi ilə “AI for Good” süni intellekt təlim proqramının açılış mərasimi keçirildi
ZEEKR brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və 9X modelinin təqdimatı keçirilib
“Buckswood School Baku” fəaliyyətə başladı - FOTO/VİDEO
Milliön ilk dəfə ödəniş terminallarında şəxsi kabinet təqdim edir - DAHA SÜRƏTLİ ÖDƏNİŞ
“2029-cu ilin sonunda 1 milyard manatlıq bank olmağı hədəfləyirik”



















