“Yapı Kredi Bank Azərbaycan” ilk rübü mənfəətlə tamamlayıb - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
“Yapı Kredi Bank Azərbaycan” 2022-ci ilin ilk rübünü mənfəətlə tamamlamış, əsasən biznes kreditlərinin və qeyri-faiz gəlirlərinin həcmini artırmışdır.
“Yapı Kredi Bank Azərbaycan”ın yaydığı məlumatda bildirilir ki, Bank qeyd edilən dövrü 400 min manat xalis mənfəətlə başa vurmuşdur və qeyri-faiz gəlirini ötən ilin eyni dövrü ilə müqayisədə 36 % artıraraq 3.9 milyon manata çatdırmışdır.
Cari ilin ilk rübündə “Yapı Kredi Bank Azərbaycan” QSC müştərilərə verilən kreditlərin ümumi həcmini 9% və biznes kredit portfelini 14% artırmışdır. Belə ki, korporativ müştərilərə verilən kredit portfelinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 37 milyon manat artaraq 2022-ci ilin mart ayının sonunda 133 milyon manata çatmışdır və həmin portfelin iqtisadi sahələr üzrə strukturunda qeyri-neft sektoru üstünlük təşkil edir. Bank işğaldan azad olunan torpaqlarda yenidənqurma işlərinə cəlb edilmiş şirkətlərə maliyyə xidmətləri göstərməyə davam etmişdir.
Bankın cari ilin ilk 3 ayında I dərəcəli kapitalının adekvatlıq əmsalı 33%, məcmu kapitalının adekvatlıq əmsalı 34%, leverec əmsalı 20%-ə bərabər olmuşdur. Nəticə etibarilə, bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan əhəmiyyətli dərəcədə yüksək olmuşdur. Qeyd edək ki, Mərkəzi Bankın tələblərinə görə məcmu kapitalın adekvatlılıq əmsalı minimum 10% olmalıdır.
2022-ci ilin ilk rübünün nəticələrinə görə hazırda bankın məcmu kapitalı 75 milyon manat təşkil edir və mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
Yapı Kredi Bank Azərbaycan Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Əsas səhmdarları Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























