Nazir müavini daşıyıcı şirkətlərə müraciət edib
Şuşa və Ağdamla yanaşı azad edilmiş digər ərazilərə də oxşar reyslərin təşkili nəzərdə tutulub və bu istiqamətdə hazırda işlər davam etdirilir.
Bunu müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ölkədə nəqliyyat sahəsində aparılan işlər, mövcud çətinliklərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə danışarkən bildirib.
Nazir müavini həmin müsabiqədə aktiv iştirak etmək üçün daşıyıcı şirkətlərə müraciət edib:
“Dövlət Avtomobil Nəqliyyatı Xidməti artıq Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarıb. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərin nəqliyyat inteqrasiyasını təmin etmək üçün əlaqələndirici marşrutlar üzrə müsabiqələrin keçirilməsi nəzərdə tutulub. Belə ki, Əhmədbəylidən keçməklə Bakı – Horadiz marşrutu da müsabiqəyə çıxarılıb. Bilirsiniz ki, Əhmədbəyli – Şuşa marşrutu fəaliyyət göstərir".
R. Hümmətov qeyd edib ki, ilkin olaraq daşımaların və sərnişinlərin təhlükəsizliyi, infrastruktur nəzərə alınmaqla ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutlarının yaradılması məqsədəuyğun hesab edilib: "İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyəti genişləndiriləcək, gələcəkdə yaranacaq tələbata uyğun olaraq digər istiqamətlər üzrə də mərhələli şəkildə təmin ediləcək.
Fürsətdən istifadə edərək daşıyıcıları elan olunmuş müsabiqələrdə aktiv iştirak etməyə dəvət edirəm. Daşıyıcılara yardım üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətində “Daşıyıcı bələdçisi” xidməti də yaradılıb”.
Qeyd edək ki, bu il yanvarın 24-dən etibarən Ağdam və Şuşaya müntəzəm avtobus reysləri təşkil edilib. Bu vaxta qədər bu reyslər vasitəsi ilə 5 000-dən artıq şəxs həmin ərazilərə səfər edib.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
3 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
-
- 6 d. əvvəl
- 11 d. əvvəl
- 16 d. əvvəl
- 24 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
















.jpg)






