Leobank tezliklə Sərmayələr xidmətini istifadəyə verəcək
Unibank tərəfindən təqdim edilən Leobank tezliklə Sərmayələr xidmətini istifadəyə verəcək.
Marja.az xəbər verir ki, Leobank kartının istifadəçiləri məşhur şirkətlərin səhmlərini (Apple, Tesla və s.), indeksləri və kriptovalyutaları alıb sata biləcəklər.
Xidmət ilə maraqlananlar Unibank filiallarından birinə yaxınlaşaraq müqaviləni imzalamalıdır. Xidmət aktiv olduqda müştəriyə dəvət göndəriləcəkdir. İnvestisiya hesabının açılması üçün xidmət haqqı mövcud deyil.
Sərmayələr xidməti "Unicapital İnvestisiya Şirkəti" tərəfindən təqdim ediləcək. Şirkət indekslərin və səhmlərin alqı-satqısı üzrə əməliyyat məbləğindən 0,5% komissiya haqqı tutacaqdır. Kriptovalyutaların alqı-satqısına görə komissiya əməliyyat məbləğindən 1,5% təşkil edəcəkdir.
Qeyd edək ki, Unibankın Leobank rəqəmsal bankı artıq 300 min müştəriyə sahibdir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
16 d. əvvəl
BOKT “KREDEX”in ünvanının dəyişməsi ilə əlaqədar lisenziyası yenilənib
-
1 saat əvvəl
Yeni kart təqdim edildi - 15 min manatadək komissiyasız nağdlaşdırma, kart qalığına 8% gəlir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9% artıb
-
2 saat əvvəl
PAŞA Bank-ın dəstəyi ilə “AI for Good” süni intellekt təlim proqramının açılış mərasimi keçirildi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan iqtisadiyyatı 1,7 faiz artıb
Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib
“AFB Bank” rebrendinq üçün araşdırmalara başlayıb
Ən çox oxunanlar
PAŞA Bank iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb
Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9% artıb
PAŞA Bank-ın dəstəyi ilə “AI for Good” süni intellekt təlim proqramının açılış mərasimi keçirildi
ZEEKR brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və 9X modelinin təqdimatı keçirilib
“Buckswood School Baku” fəaliyyətə başladı - FOTO/VİDEO
Milliön ilk dəfə ödəniş terminallarında şəxsi kabinet təqdim edir - DAHA SÜRƏTLİ ÖDƏNİŞ
“2029-cu ilin sonunda 1 milyard manatlıq bank olmağı hədəfləyirik”



















