Böyüyən “AtaBank” audit hesabatını dərc etdi
“Caspian Development Bank”ın birləşməsilə daha da güclənən “AtaBank” 2016-cı il üzrə Audit hesabatını özünün rəsmi İnternet səhifəsində dərc edib.
"Marja" xəbər verir ki, Bankın 2016-cı il üzrə maliyyə hesabatları Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun hazırlanmış və hesabatlara “Baker Tilly Azerbaijan” audit şirkəti tərəfindən rəy verilib.
Hesabatlardan məlum olur ki, 31 Dekabr 2016-cı il tarixində “AtaBank” 464 milyon 782 min manat cəmi aktivlərə, 410 milyon 337 min manat cəmi öhdəliklərə, 54 milyon 445 min manat cəmi kapitala malik olub. Bank ötən il ehtiyatların yaradılmasına 18 milyon 232 min manat ayırdığından ili cüzi zərərlə (319 min manat) başa vurub.
2017-DƏ GÜCLƏNİB
Xəbər verdiyimiz kimi, İyulun 1-də “Caspian Development Bank”ın “AtaBank”a qoşulması prosesi uğurla tamamlanıb.
Konsolidasiyadan sonra “AtaBank”ın bazar mövqeləri əhəmiyyətli şəkildə güclənib. Bankın cəmi kapitalı 142.8 mln. təşkil etməklə ölkə bankları arasında 4-cü mövqeni tutur (inteqrasiya prosesindən öncə 18-ci yer). Bankın aktivləri əvvəlki illə müqayisədə 29.8% artıb və 607.3 mln. manat təşkil edərək ölkənin 31 bankı arasında 14-cü yerdən 8-ci yerə qalxmağa imkan verib. “AtaBank” 2017-ci ilin ötən müddəti ərzində 2,5 milyon manatlıq mənfəətə çıxıb.
Audit hesabatı: http://atabank.com/_files/ATABank%20FS_31%20Dec%202016_eng%20ISSUED.pdf
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 18 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























