Dövlət istiqrazları üzrə növbəti hərrac keçiriləcək - MƏBLƏĞ
17 may 2022-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 40 milyon manatlıq Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Dövlət istiqrazının növü | kuponlu, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu | AZ0108013944 |
Emissiya həcmi | 40 000 000 manat |
Nominal dəyəri | 100 manat |
İstiqrazların tədavül müddəti | 1820 gün |
Faiz ödənişləri (olduqda) | 15 noyabr 2022-ci il, 16 may 2023-cü il, 14 noyabr 2023-cü il, 14 may 2024-cü il, 12 noyabr 2024-cü il, 13 may 2025-ci il, 11 noyabr 2025-ci il, 12 may 2026-cı il, 10 noyabr 2026-cı il, 11 may 2027-ci il, |
Faiz gəliri | 5.5% |
Ödəmə tarixi | 11.05.2027 |
Anderrayter | “Paşa Kapital İŞ”QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 saat əvvəl
-
-
3 saat əvvəl
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl yüklü vaqonlar göndəriləcək
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
-
1 gün əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Müharibə İraqln neft hasilatını vurdu – İstehsal 60% azalıb
Neftin qiyməti 108 dolları keçdi
Xameneinin oğlu Müctəba Xamenei İranın Ali Rəhbəri seçilib
Ən çox oxunanlar
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
10 mart tarixi üçün Dolların rəsmi məzənnəsi müəyyən olunub





















