Azərbaycanlı 20 tələbə Massaçusets Texnologiya İnstitutunun “MicroMaster” proqramında iştirak şansı əldə edəcək
SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki (CQBK) tərəfdaşları Xəzər Universiteti ilə birgə “İnkişaf İqtisadiyyatı Akademiyası” layihəsinin icrasına başlayır.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, layihə çərçivəsində 20 tələbə Massaçusets Texnologiya İnstitutunun (MIT) “Data, İqtisadiyyat və İnkişaf Siyasəti” “MicroMaster” proqramında iştirak etmək şansı qazanacaq.
Xəzər Universitetinin və digər yerli ali təhsil müəssisələrinin professorları seçilmiş 20 tələbəyə beş fənn üzrə həftəlik fasilitasiya dərsləri vasitəsilə “MicroMaster” proqramında uğurlu nəticələr əldə etməkdə kömək göstərəcəklər.
Layihə çərçivəsində seçilmiş tələbələrə Mikroiqtisadiyyat, Sosial elmlər üçün data təhlili, İnkişaf siyasətinin əsasları: ali inkişaf iqtisadiyyatı, Siyasi iqtisadiyyat və iqtisadi inkişaf; Təsadüfi qiymətləndirmələrin dizaynı və icrası fənləri tədris olunacaq.
Data, İqtisadiyyat və İnkişaf Siyasəti” “MicroMaster” proqramı ilə bağlı imzalanma mərasimində iştirak edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı Xəzər Universiteti ilə SOCAR-ın birgə əməkdaşlığı nəticəsində həyata keçiriləcək proqramın icrasına böyük marağın olacağını bildirib, bir neçə mərhələli müsahibə və imtahanlar vasitəsilə ən yaxşı tələbələrin seçiləcəyinə inamını ifadə edib. O, həmçinin bu proqram məzunlarının Azərbaycanın davamlı inkişafına mühüm töhfələr verəcəyinə ümid etdiyini bildirib.
“SOCAR Midstream Operations” MMC-nin (SOCAR Midstream) İcraçı Direktoru Fuad Əhmədov isə qeyd edib ki, layihənin əsas məqsədi davamlı artan məlumatları şərh etmək, onları iqtisadi nöqteyi-nəzərdən hərtərəfli təhlil etmək və milli inkişaf strategiyalarının uğurlu icrası üçün davam edən və planlaşdırılan dövlət proqramlarına vaxtında töhfə vermək bacarığına malik gənc mütəxəssislərin yetişdirilməsidir.
Layihənin uğurlu nəticəsindən asılı olaraq, tələbələrə hər il bu və ya buna bənzər proqramlar üzrə davamlı dəstək verilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
5 d. əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
15 d. əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 40 d. əvvəl
- 53 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ən çox oxunanlar
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Bank marketinq agentliyi xidmətləri satın alır
“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı











.jpg)







.jpg)

