Azərbaycanın xarici ticarətində müsbət saldo 8 milyard dollara yaxınlaşıb
2022-ci ilin ilk 4 ayında (yanvar-aprel) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 15 milyard 863 milyon 905 min ABŞ dolları təşkil edib.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, o cümldən, ixrac əməliyyatları üzrə 11 milyard 823 milyon 377 min ABŞ dolları, idxal əməliyyatları üzrə 4 milyard 40 milyon 528 min ABŞ dolları ticarət qeydə alınıb.
Saldo müsbət 7 milyard 782 milyon 849 min ABŞ dolları olub.
İlk 4 aydakı 11 milyard 823 milyon 377 min dollarlıq ixracın 91,83%-i və ya 10 milyard 857 milyon 881. min dolları neft-qaz sektoruna daxil olan mallar üzrə olub.
2022-ci ilin yanvar-aprel dövründə Azərbaycandan ixrac edilmiş xam neftin dəyəri 6 milyard 544 milyon 674 min dollar, təbii qazın dəyəri isə 4 milyard 178 milyon 230 min dollar təşkil edib.
Xatırladaq ki, 2021-ci ilin ilk 4 ayında (yanvar-aprel) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 9 milyard 893 milyon 247 min ABŞ dolları, o cümldən, ixrac 6 milyard 364 milyon 338 min ABŞ dolları, idxal 3 milyard 528 milyon 909 min ABŞ dolları təşkil etmişdi. Saldo müsbət 2 milyard 835 milyon 429 min dollar olmuşdu.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























