Rusiya neft və qazın qiymətlərinin davamlı olaraq aşağı düşəcəyini gözləyir
Rusiyanın İqtisadi İnkişaf Nazirliyi 2025-ci ilə qədər neft və qazın qiymətlərinin davamlı olaraq aşağı düşəcəyini gözləyir. Proqnozun əsas versiyasında 2022-ci ildə Rusiyanın Urals neftinin orta illik qiyməti 80,1 dollar/barel səviyyəsində olacaq.Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi 2025-ci ilə qədər Rusiyadan ixrac edilən Ural neft və qazının qiymətlərinin davamlı olaraq aşağı düşəcəyini proqnozlaşdırır.
Marja.az xəbər verir ki, bu barədə Nazirliyin saytında dərc edilmiş Rusiyanın sosial-iqtisadi inkişafı proqnozunda bildirilir.
Belə ki, Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, proqnozun baza variantında 2022-ci ildə Rusiyanın Urals ixrac neftinin orta illik qiyməti bir barel üçün 80,1 dollar (mühafizəkar (konservativ) versiyada 78,6 dollar/barel) səviyyəsində olacaq. 2023-cü ildə bir barel üçün 71,4 dollar (mühafizəkar versiyada 65,8 dollar), 2024-cü ildə 66 dollar (mühafizəkar versiyada 61,6 dollar), 2025-ci ildə 61,2 dollar ( mühafizəkar versiyada 57,3 dollar) qiymət proqnozlaşdırılır.
Baza variantında qazının orta müqavilə qiymətlərinin 2022-ci ildə min kubmetr üçün 453 dollar olacağı gözlənilir (konservativ versiyada min kubmetr üçün 435,2 dollar). İqtisadi İnkişaf Nazirliyi 2023-cü ildə hər min kubmetr üçün 374,1 dollar, (mühafizəkar versiyada 319,5 dollar), 2024-cü ildə 334,4 dollar (292,3 dollar), 2025-ci ildə 295 dollar (263,4 dollar) qiymət proqnozlaşdırır.
2022-ci ildə qeyri-MDB ölkələrinə satılan qazın qiymətinin min kubmetr üçün 523,3 dollar olacağı gözlənilir (konservativ versiyada min kubmetr üçün 513,1 dollar). Məlumata görə, 2023-cü ildə qiymətlər 431,1 dollar (385,6 dollar), 2024-cü ildə 381 dollar (346,3 dollar), 2025-ci ildə 336,7 dollar (311,5 dollar) olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat sonra
-
9 d. əvvəl
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 13 d. əvvəl
-
-
28 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
2 saat əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
2 saat əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Rəsmi məzənnələr açıqlandı


























