Ötən il tələbələrə 109 milyon manatdan çox təqaüd ödənilib
2021-ci il dövlət büdcəsində dövlət sifarişi və dövlət hesabına kadr hazırlığının maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər üzrə 312,3 milyon manat proqnoza qarşı icra 311,9 milyon manat olub.
Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.
Hesabatda qeyd edilir ki, bu xərclərdən 109,5 milyon manatı tələbələrə verilən təqaüd xərcləri, 202,4 milyon manatı isə təhsil və tibb müəssisələrində təhsil xərcləri təşkil edib.
Həmin təhsil xərclərinin daxilində 2021-ci ildə dövlət sifarişi ilə təhsilalanların təhsil haqlarının ödənilməsi ilə yanaşı, təhsil müəssisələrində (ali, orta ixtisas və peşə təhsili üzrə) ödənişli əsaslarla təhsil alması nəzərdə tutulan 13343 nəfər məcburi köçkün statuslu tələbələrin təhsil haqqı üzrə 27,2 milyon manat, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş və ya əlil olmuş şəxslərin 2167 nəfər uşaqlarının təhsil haqqı üzrə 4,6 milyon manat, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 1129 nəfər tələbənin təhsil haqqının ödənilməsi üzrə 2,6 milyon manat, I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək 760 nəfər uşaqların təhsil haqqı üzrə 1,7 milyon manat, ikitərəfli saziş və müqavilələr əsasında ölkəmizin dövlət ali təhsil müəssisələrində dövlət hesabına 48 nəfər təhsil alan əcnəbi tələbələrin təhsil haqqı üzrə isə 0,2 milyon manat xərclər olub.
2021-ci ilin dövlət büdcəsinin təhsil xərcləri bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan başqa əlavə gördükləri iş və göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirləri hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 16,4 milyon manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 3,5 milyon manat və ya 27,5 faiz çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
19 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 22 d. əvvəl
-
31 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
34 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir


















.jpg)




