Antivirus istehsalçısının direktoru Bakıya gəlir
Azərbaycan mövcud geosiyasi risklərlə əlaqədar kiberhücumlara daha çox məruz qala bilər. Bunu açıqlamasında "Kaspersky Lab" şirkətinin vitse-prezidenti Anton Şinqaryov deyib.
Onun sözlərinə görə, bu cür hücumlar istənilən ölkədə baş verə bilər və bəzən güclü proqramçılar özləri kibrcinayətkarlara çevrilir. Bu baxımdan Azərbaycan da istisna deyil.
“Həmçinin, mürəkkəb geosiyasi şəraitdə, Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanda kiberhücum riski yüksəkdir. Münaqişəni nəzərə alaraq deyə bilərəm ki, ölkənin informasiya texnologiyaları infrastrukturunun qorunması mühüm əhəmiyyət kəsb edir. Üstəlik, ölkənin güclü sənaye və maliyyə sektoruna sahibdir ki, bu da əlavə potensial risk deməkdir”, - deyə şirkət rəsmisi qeyd edib.
A.Şinqaryov həmçinin deyib ki, "Kaspersky Lab" şirkətinin təsisçisi və baş icraçı direktoru Yevgeni Kasperski Bakıya gəlməyə hazırlaşır. Bu günlərdə baş butacaq səfər çərçivəsində o, Azərbaycan paytaxtında "Formula-1" yarışlarını izləyəcək. "Yarışların iştirakçısı olan "Ferrari" komandasının sponsoru "Kaspersky Lab"dır. Yevgeni "Formula-1", sürət həvəskarıdır. O, Münhendə (Almaniya) keçirilən Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə görüşüb və bu görüşdə Bakı Qran-Prisinə dəvət alıb. Yevgeni Bakıda çox olsa da, bu yarışı Azərbaycan paytaxtında izləyə bilməyib”.
Şirkət nümayəndəsi onu da bildirib ki, Y.Kasperskinin səfər zamanı Azərbaycanın dövlət başçısı ilə görüşəcəyi istisna olunmur: “Bu görüş təsdiqlənməsə də, onun üçün istək var. Həmçinin, səfər zamanı bir sıra dövlət və özəl qurumların rəhbərləri ilə görüşlər nəzərdə tutulub. Güclü sənayesi olan Azərbaycan böyük əhəmiyyət kəsb edən bazardır”.
© Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 1 d. əvvəl
-
53 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























