Amazon, "Whole Foods"u satın alır
ABŞ-ın ən böyük e-ticarət şirkəti olan Amazon, son illərdə müxtəlif sahələrə daxil olması ilə diqqət çəkir. "Marja" xəbər verir ki, bunlardan biri də "AmazonFresh"in təzə ərzaq paylamağa başlaması oldu.
Los Anceles və Seattle-də başlayan xidmət, internet üzərindən market alış-verişi aparılmasını təmin edir. Daha sonra San Fransiskoda, İngiltərədə Londonda, Almaniyanın Berlin şəhərində də xidmət göstərməyə başlayan "AmazonFresh"in, fəaliyyət miqyasını genişləndirməsilə bərabər, "Walmart" kimi nəhənglərə də rəqib olması hədəflənir.
Amazon, bu çərçivədə mövqeyini gücləndirmək istədi və təbii (orqanik) qidalar şəbəkəsi "Whole Foods"a apreldə talib oldu. 21 əyalətdə xidmət göstərən şirkətin dəyəri, o zaman təxminən 10,7 milyard dollar olaraq qeyd edilirdi. Amazon-un şirkətə gözü düşdüyü barədə xəbər çıxandan sonra, "Whole Foods"ın səhmləri bahalaşdı və sonda Amazon ilə əl sıxdı.
Verilən məlumata görə, Amazon "Whole Foods Market Inc" şirkətini 13,7 milyard dollar qarşılığında satın alacaq.
Amazon-un bu günə qədər ən böyük satıalması 2014-cü ildə internetdən oyun canlı yayımları xidməti təqdim edən "Twitch" olmuşdu. Amazon, "Twitch"i 970 milyon dollar nağd pul qarşılığında satın almışdı.
Martın sonuna olan məlumatlar agörə, mərkəzi ofisi Seattle-da yerləşən Amazon-un kassasında 21,5 milyard dollar nağd pulu var.
Müştərilərin xəbərləri
Dəyərli və təkrarolunmaz "Rolls-Royce Motor Cars Baku" "Bespoke" fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək - Yenilənib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Azərbaycanda qiymətlərin illik artım tempi sabit qalıb
Azərbaycanın xarici dövlət borcu azalıb
Ən çox oxunanlar
Dövlət büdcəsinin gəlirləri azalıb
Azərbaycanda iqtisadi artım dayanıb
Bakıda 33 dərəcə isti - İyunun 11-də gözlənilən hava şəraiti
ABŞ neftin qiyməti üzrə proqnozularını artırıb
BYD Türkiyədə qurmağı planlaşdırdığı zavod layihəsini dayandırıb
TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb




















