Bakıda daha 2 restoran açılır
Yaxın vaxtlarda Bakıdakı “Dəniz Mall” ticarət mərkəzində yay eyvanlı iki restoranın – “Zafferano” və “U Dyadi Maksa” restoranlarının açılışı planlaşdırılır.
Marja xəbər verir ki, hər iki restoran ticarət mərkəzinin birinci mərtəbəsində yerləşəcək.
Qeyd edək ki, italyan sözü olan “Zafferano” dünyanın ən bahalı ədviyyatlarından birinin - zəfəranın adıdır.
“Zafferano”nun müasir və lakonik interyeri təbii materiallardan və bol yaşıllıqdan istifadə etməklə, sakitləşdirici rənglərdə hazırlanıb. Menyunun əsasını Bakı mətbəxinin tanış və yeni yeməkləri təşkil edəcəkdir. Lakin restoranın qastronomik konsepsiyası bununla məhdudlaşmayacaq: Burada Yaponiya və İtaliya bölmələri də olacaq.
“U Dyadi Maksa” artıq Moskvada fəaliyyət göstərən istedadlı, iddialı oğlan və qızlar, həmçinin onların valideynləri üçün nəzərdə tutulan unikal musiqili restorandır. Burada mükəmməl uşaq əyləncəsi üçün lazım olan hər şey olacaqdır: karaoke “döyüş”ləri, aşpazlardan yemək dərsləri, oyunlar və nəhayət, yemək.
Hər iki restoran “Restaurants by Emin Agalarov” layihələrinə daxildir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 12 saat sonra
-
-
4 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
4 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
5 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
5 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb



























