VTB (Azərbaycan) nağd kredit üzrə faiz dərəcəsini endirir
VTB (Azərbaycan) nağd kredit üzrə faiz dərəcəsini 14,5%-ə endirir.İyunun 1-dən VTB (Azərbaycan) nağd pul krediti və yenidən maliyyələşdirmənin şərtlərini yaxşılaşdıraraq, faiz dərəcəsini 1,5 faiz bəndi azaldaraq illik 14,5%-ə endirir.
Krediti almaq üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir, gəliri və məşğulluğu təsdiq edən sənədlər, habelə zamin tələb olunmur.
VTB (Azərbaycan)-dan nağd krediti 300 manatdan 35 000 manatadək 6 aydan 60 aya qədər müddətə əldə edə bilərsiniz. Yenidən maliyyələşdirmə proqramı çərçivəsində digər banklardan alınan bir neçə krediti birləşdirə, onlar üzrə olan borcu ödəyə, həmçinin əlavə vəsait əldə edə bilərsiniz.
“Müştərilərin müraciətlərinə vaxtında cavab vermək və sərfəli maliyyə həlləri təklif etmək VTB (Azərbaycan) üçün mütləq prioritetdir. Yay dövrü ənənəvi olaraq tətil mövsümü və deməli, əlavə xərclərlə əlaqələndirilir. Kredit məhsullarının şərtlərinin yenilənməsi müştərilərimizə məzuniyyət və digər məqsədlər üçün xərclərini planlaşdırmağa imkan verəcək. Eyni zamanda, biz müştərilərin borc yüklənməsinin qarşısını almaq üçün onların üzərinə düşən borc yükünün səviyyəsinə nəzarəti davam etdirəcəyik”, - deyə, VTB (Azərbaycan)-ın Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin bildirib.
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
Nağd pul krediti əhali arasında ən populyar məhsullardan biridir. 2022-ci ilin yanvar-aprel aylarında VTB (Azərbaycan) 18,9 milyon manata yaxın məbləğdə 3,7 min nağd pul krediti verib ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur. Bankın bu seqment üzrə portfeli ilin əvvəlindən 18% artaraq aprelin sonunda 63,2 milyon manat təşkil edib.
Nağd pul krediti üçün bankın rəsmi saytından, eləcə də 986 qısa nömrəli əlaqə mərkəzi vasitəsilə məsafədən müraciət edə bilərsiniz. Kredit Bakı şəhəri və Abşeron yarımadası daxilində müştəri üçün əlverişli olan istənilən ünvana çatdırılır.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
-
3 d. əvvəl
Auditorlar Palatasında struktur dəyişikliyi olub, bir neçə şöbə ləğv edilib
-
10 d. əvvəl
“Unibank”da yığıncaq keçiriləcək, 3 məsələ müzakirə ediləcək
- 21 d. əvvəl
- 31 d. əvvəl
-
59 d. əvvəl
Si Cinpin və Donald Tramp Hörmüz hoğazının açıq qalması məsələsində həmfikirdir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Lizinq şirkəti bank olmayan kredit təşkilatı yaradır
Nərgiz Əliyeva: “Daxili audit sadəcə yoxlama deyil”
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
Ən çox oxunanlar
102 və 191 nömrəli marşrut avtobusları yenilənir
TSMC: Qlobal çip bazarı 2030-da 1,5 trilyon dollara çata bilər
Mayın 15-də gözlənilən hava şəraiti - 30 dərəcə isti
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Faktorinq şirkəti 14%-lə borca pul axtarır







.jpg)




.jpg)









