TuranBank 2016-cı ili heç vaxt unutmaya bilər
TuranBank 2016-cı il üzrə Audit hesabatını İnternet səhifəsində yerləşdirib. Hesabatdan məlum olur ki, Bank ötən il tarixinin ən böyük zərərlərindən birini edib.
“Marja” xəbər verir ki, Bank ötən ili 13 milyon 336 min manat zərər ilə başa vurub. TuranBank 2016-ci ilin yekunları üzrə 1 milyon 132 min manat zərər açıqlamışdı.
Bank aktivlər üzrə ehtimal olunan zərərlərə görə 13 milyon 323 min manat ayırıb. Xalis zərərin səbəbi də ehtiyatlara ayırmadır. Ehtiyatlara böyük məbləğdə ayırma Bankda ödəmə vaxtı keçmiş kreditlərin artdığına işarədir.
31 Dekabr 2016-cı il tarixinə TuranBank 508 milyon 260 min manat cəmi aktivlərə malik olub. 2015-ci ilin sonunda Bankın aktivləri 517 milyon 741 min manat idi.
Yığılmış zərərlərə görə TuranBankın cəmi balans kapitalı 48 milyon 981 min manatdan 40 milyon 646 min manata geriləyib.
Audit hesabatı: https://www.turanbank.az/bizim-bank/maliyy-hesabatlar/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























