“PAŞA Bank”ın tərəfdaşlığı ilə "Yaşıl Gələcək üçün İnnovativ Həllər" adlı eko “bootcamp”ı keçirilib
(®) Məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank” təbiətin mühafizəsinə və sağlam ekoloji mühitin yaradılmasına yönəlmiş tədbirlərə dəstək verməyə davam edir. Belə ki, Bank, may ayının 30-da baş tutan "Yaşıl Gələcək üçün İnnovativ Həllər" adlı eko “bootcamp”ın tərəfdaşı olub.
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən müsabiqədə ümumilikdə 85 məktəbli iştirak edib. Onlar ekoloji problemlərin aradan qaldırılması ilə bağlı innovativ həllər üzərində işləyib. Bununla da, məktəblilər komandada işləmə, təşəbbüskarlıq, yaradıcılıq kimi bir sıra yeni bacarıqlar qazana və mövcud biliklərini möhkəmləndirə bilib.
Tədbirin spikerləri öz çıxışlarında dizayn düşüncə, təkrar emal üzrə innovasiyalar, dəyər əsaslı təklif kimi maraqlı mövzulara toxunub. “Bootcamp” zamanı komandaların hazırladığı 14 layihə münsiflər heyəti tərəfindən qiymətləndirilib. Beləliklə də ."Ən innovativ biznes ideya", "Ən yaxşı təqdimat", "Ən eko dost biznes ideya", "Ən yaxşı komanda işi" nominasiyaları üzrə qaliblər müəyyənləşdirilərək mükafatlandırılıb.
Xatırladaq ki, “PAŞA Bank”, Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi ilə əməkdaşlıqda “Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsini də həyata keçirib. Bu layihə çərçivəsində 2018-2021-ci illərdə Bakı, Gəncə, Qax, Mingəçevir, Xaçmaz, Masallı, Qəbələ, Zaqataladakı peşə və orta məktəblərdə təhsil alan 5 000 yaxın məktəbli və 170 müəllim sahibkarlığın, eləcə də maliyyə savadlılığının artırılması istiqamətində keçirilən tədrislərə qatılıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 31 d. əvvəl
-
- 37 d. əvvəl
- 46 d. əvvəl
-
57 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)





.jpg)





.jpg)



