"AQTA yalan deyir, bizim mətbəxdən gül iyi gəlir"
Xəbər verdiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan müraciət əsasında Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küç., ev 88, m.5 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Sabir Faiq oğluna məxsus “Xəngəland” restoranında apardığı plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı məlum olub.
AQTA-nın yaydığı əlumata görə, müəssisənin mətbəx sahəsində texnoloji ardıcıllıq prinsipinin pozulduğu, xammalın qəbulu və saxlanılması, yeməklərin hazırlanmasının eyni sahədə həyata keçirildiyi, həmçinin işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, müəssisədə müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkar olunub.
Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Müəssisədə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
"XƏNGƏLAND"DAN AÇIQLAMA
“Xəngəland” restoranının sahibi olduğunu bildirən Sabir Əhmədov Marja.az ilə əlaqə saxlayaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumata münasibət bildirdi.
O qeyd etdi ki, AQTA tərəfindən adı çəkilən restoranda yoxlama aparılmayıb, dövlət qurumunun əsassız məlumatı restoranın imicinə mənfi təsis göstərir:
"Biz AQTA-nın məlumatına təəcübləndik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Xəngəland” restoranında yoxlama aparılmayıb. Yayılan məlumat həqiqətəuyğun deyil. Bizim mətbəxdən "gül tökülür", gül iyi gəlir. AQTA-nın xəbər saytlarına göndərdiyi fotolar bizim köhnə məkanda 2018-ci ildə çəkilib. Axundov bağının yaxınlığında yerləşən həmin məkan artıq fəaliyyət göstərmir".
Sabir Əhmədov əlavə etdi ki, insanlar “Xəngəland” restoranında yer tutmaq üçün növbə gözləyirlər. Bu fakt restoranın təmizliyinə, yüksək xidmətinə və təqdim etdiyi qidaların dadlı hazırlandığına işarədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























