ABŞ-da "Volker şoku" səsləri
ABŞ-ın keçmiş Maliyyə naziri Lourens Summers də daxil olmaqla bir qrup iqtisadçı bildirib ki, ABŞ-da 2 faizlik baza inflyasiyaya qayıtmaq üçün 1980-ci illərdə əfsanəvi FED sədri Pol Volkerin dövründə olduğu kimi sərt pul siyasəti lazımdır. Çətin vaxtlarda pul siyasəti ilə ABŞ iqtisadiyyatının tarixini dəyişdirən FED-in keçmiş sədri Pol Volkerin yüksək inflyasiya ilə mübarizəsi bəzi insanların aqressiv reaksiyasına səbəb olmuşdu."Summers Group"un araşdırmasına görə, ABŞ-da inflyasiya 1980-ci ildəki pik səviyyəsinə əvvəllər düşünüldüyündən daha yaxındır.
Marja.az xəbər verir ki, ABŞ-ın keçmiş maliyyə naziri Lourens Summers də daxil olmaqla bir qrup iqtisadçı istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) məlumatlarını yenidən hesablayıb. Tədqiqat nəticəsində 1980-ci ilin iyun ayında ABŞ-da baza inflyasiyanın 13,6 faiz deyil, 9,1 faiz olduğu qiymətləndirilmişdir.
Həmin dövrdə FED-in rəhbəri olan Pol Volker inflyasiyanın azaldılması üçün çox sərt pul siyasəti tətbiq etmişdir.
O zaman FED faizini təxminən 10 faiz bəndi artırmış və 1980-ci illərin əvvəllərində 20 faizə çatdırmışdı.
Bloomberg sorğusunda, cümə günü açıqlanacaq may ayı inflyasiya məlumatlarına dair proqnoz 5,9 faizdir. "The Economist" tərəfindən dərc edilən araşdırmada deyilir: "Bu gün 2 faizlik baza CPI inflyasiyasına qayıtmaq üçün FED sədri Paul Volkerin dövründə olduğu kimi, təxminən eyni anti-inflyasiya siyasəti tələb olunacaq".
2022-ci ilin aprelində ABŞ-da inflyasiya 6,2 faiz təşkil edib.
İqtisadiyyatı şoka salmışdı
1979-cu ildə Cimmi Karterin dövründə vəzifəyə gələn Volker, 1983-cü ildə Ronald Reyqanın dövründə ikinci dəfə FED sədri təyin edilmişdir.
Volker ilk sədr olanda ikirəqəmli səviyyələrə çatmış inflyasiyanı nəzarətdə saxlamaq üçün faiz dərəcələrini görünməmiş həddə - 21,5 faiz səviyyəsinə qaldırmışdır. Volkerin faiz artırmasından sonra işsizlik nisbəti 10,8 faizə yüksəlmiş və iqtisadiyyat tənəzzülə girmişdir. İnflyasiyanın ən yüksək səviyyəsindən düşdüyü zaman yaratdığı ziyana görə Volker də saysız-hesabsız düşmənlər qazanmış, fermerlər traktorları ilə Fed binası qarşısında etiraz etmiş, avtomobil satıcıları isə sata bilmədiklərini əsas gətirərək etiraz olaraq avtomobillərinin açarlarını ona göndərmişdilər.
Karterdən sonra ABŞ prezidenti vəzifəsinə gələn Ronald Reyqan Volkerə qarşı ehtiyatlı davranmış, Volker, Reyqan və onun müşaviri Ceyms Beykerlə gizli görüş keçirmişdir. Beyker ona Reyqan prezident seçkilərində qalib gələnə qədər qədər faiz artırmaması üçün təzyiq göstərmişdir.
O zaman Ağ Ev Volkerin fikirlərinə qarşı çıxan 7 Fed İdarə Heyəti üzvündən 4-nü təyin edib və bu müxalifət Volkerin 1987-ci ildə ikinci dövründə istefasına səbəb olmuşdu.
1983-cü ildə inflyasiya 4 faizdən aşağı düşəndə ona qarşı aqressiv reaksiya da azalıb. Volkerin addımları hələ də müzakirə olunsa da, o vaxtdan bəri inflyasiya nəzarət altındadır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
-
2 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
4 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Ən çox oxunanlar
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ












.jpg)






.jpg)




