Yen "qan itirməkdə" davam edir
Bu həftə qlobal bazarların gündəmlərindən biri olan Yaponiya yeninin ucuzlaşması davam edir. Yen dollara nisbətdə 20 illik rekordunu yeniləyib.Yaponiya hakimiyyətini təşvişə salan milli valyutanın ucuzlaşması davam edir.
Marja xəbər verir ki, bu gün yen dollara nisbətdə erkən ticarətdə 0,5 faiz ucuzlaşaraq son 20 ilin ən aşağı səviyyəsinə çatıb. Dollar/yen məzənnəsi 133 yen səviyyəsini keçib.
Yenin 10 valyutaya qarşı gücünü ölçən Bloomberg indeksi də son 7 ilin ən aşağı səviyyəsini görüb.
Yapon hakimiyyətinin gündəmində yenin ucuzlaşması əsas yer tutur.
Maliyyə naziri Shunichi Suzuki, "Məzənnələrin sabit qalması və iqtisadi əsasları əks etdirməsi vacibdir. Hökumət valyuta məzənnələrinin hərəkətlərini və Yaponiya iqtisadiyyatına təsirlərini yaxından izləyir" deyib.
Hökumət sözçüsü Hirokazu Matsuno gündəlik mətbuat konfransında yenin ucuzlaşmasının iqtisadiyyata təsirlərini izlədiklərini söyləyib.
Digər inkişaf etmiş ölkələrdən fərqli olaraq Yaponiya Mərkəzi Bankı (BoJ) yumuşaq pul siyasətini davam etdirdiyindən yen ucuzlaşır.
Yenin ucuzlaşmasının səbəbi Yaponiya Mərkəzi Bankının yumşaq pul siyasətini davam etdirməsi, iqtisadiyyatı canlandırmaq üçün kredit faizini faktiki olaraq mənfi səviyyədə saxlamasıdır. Eyni zamanda, ABŞ və Avropa İttifaqı maliyyə orqanları inflyasiyanın qarşısını almaq üçün kredit şərtlərini sərtləşdirirlər. ABŞ və Aİ-də məzənnələrin artması dollar və avro ilə ifadə olunan maliyyə alətlərinə investisiya qoyuluşunu daha sərfəli edir və bu valyutaya tələbin artmasına səbəb olur.
Yaponiya Mərkəzi Bankının sədri Haruhiko Kuroda bu həftə Yaponiya parlamentində etdiyi çıxışda aşağı faiz siyasətinin davam edəcəyini bildirib.
Kuroda, "BOJ güclü yumuşaq pul siyasətilə iqtisadi fəallığı dəstəkləməyə davam edəcək" deyib.
Milli valyutanın ucuzlaşması yapon ixracatçıları üçün sərfəli olsa da, idxal olunan malların, o cümlədən enerji resurslarının və ərzaq məhsullarının qiymətlərinin artmasına səbəb olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
10 d. əvvəl
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
-
10 d. əvvəl
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
-
26 d. əvvəl
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
- 32 d. əvvəl
- 57 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
Azərbaycan neftinin son qiyməti
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
Ən çox oxunanlar
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB















.jpg)









