Xizək sezonu başlayır - QİYMƏTLƏR
Qış mövsümünü aktiv şəkildə keçirməyi sevənlər 10 dekabr tarixindən etibarən Qəbələdə yerləşən Tufandağ Turizm Kompleksinə üz tuta bilərlər.
YENİ YOLLAR
Kompleks bu qış sezonunda bir çox yenilikləri həyata keçirməyi planlaşdırır. Tufandağ Turizm Kompleksi bu qış xizək sürmək istəyən qonaqlarını yeni yollarla sevindirəcək. Belə ki, artıq 10 Dekabr tarixindən etibarən P8 adlı xizək yolu xizək sürənlərin ixtiyarına veriləcəkdir. Digər yolların istifadəsi isə növbəti günlər ərzində həyata keçiriləcəkdir.
Bu Qış mövsümündə Tufandag Xizək Məkəbində xizək dərsləri keçiriləcəkdir.
QİYMƏTLƏR
Mövsümün həyəcanını yaşamaq istəyən piyada qonaqlar 10AZN-dən, xizəkçilər isə 15 AZN – dən başlayan qiymətlərlə kanat xəttlərindən istifadə edə bilərlər. Xizək avadanlıqları icarəyə götürmək istəyənlər Qafqaz Tufandağ otelinin “Xizək” mağazasına yaxınlaşa bilərlər. Burada avadanlıqların kirayəsi 15 AZN-dən başlayır. Qeyd olunan qiymətlər bir nəfər üçün nəzərdə tutulmuşdur.
Dəniz səviyyəsindən 1920 metr hündürlükdə gözəl dağ mənzərələrindən zövq almaq və dadlı təamların dadına baxmaq istəyənlərin seçimi olan “Chalet Steak & Wine House” restoranı yeni il ərəfəsində öz qapılarını müştərilərə yeni təamlar təqdim edəcək. Qafqaz Tufandağ Mountain Resort otelində aid olan digər restoran və barlar isə hər zaman öz müştərilərini qəbul etməyə hazırdır.
Qeyd edək ki, Qəbələdə yerləşən 5 ulduzlu Qafqaz Tufandağ Mountain Resort oteli kateqoriyali genis ve luks otaqları, restoranları, SPA və fitness mərkəzi ilə qonaqların xidmətindədir. Otel haqqında daha ətraflı məlumatları və yenilikləri otelin facebook səhifəsindən və qafqaz otellərinin ümumi instagram səhifəsindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 d. əvvəl
- 17 d. əvvəl
- 24 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Avropada təbii qazım qiyməti kəskin düşdü
Tramp İrana təşəkkür etdi
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar






.jpg)
.jpg)









.jpg)




