Yaponiya Mərkəzi Bankı Fed-ə və Yenin ucuzlaşmasına baxmayaraq mövqeyindən dönmədi
Yaponiya Mərkəzi Bankı ABŞ Mərkəzi Bankının (FED-) kəskin faiz artırmasına və bunun yenə təzyiqinə baxmayaraq, pul siyasəti mövqeyini dəyişməyib.FED-in qərarından sonra, İsveçrə və Böyük Britaniyanın mərkəzi bankları bu həftə siyasət faizlərini artırmağa qərar versələr də, Yaponiya Mərkəzi Bankı stimullaşdırıcı yumuşaq pul siyasəti mövqeyini dəyişməyib.
Marja xəbər verir ki, yenin dollar və avro qarşısında ucuzlaşmasına və yapon istiqrazlarına təzyiqlərə baxmayaraq, bank siyasət faizini mənfi 0,1 faiz səviyyəsində saxlayıb. İqtisadçılar da bankın faiz dərəcəsini sabit saxlayacağını gözləyirdilər.
Bank 10 illik istiqraz gəliri hədəfini 0 faiz səviyyəsində saxlayıb. Gözləntilərə uyğun olaraq, bank aktivlərin alışı ilə bağlı siyasət mövqeyini də dəyişməyib.
Dollar bu dəqiqələrdə təxminən 134 yenə bərabərdir. Yaponiya Mərkəzi Bankının faiz qərarından sonra yen 2% də ucuzlaşıb.
Yaponiya Mərkəzi Bankının (BoJ) qlobal mərkəzi banklarından fərqli olaraq faiz artırmaması yapon yenini ABŞ dolları qarşısında son 20 ilin ən aşağı səviyyəsinə düşməsinə səbəb olub. ABŞ dolları 2002-ci ilin fevralından bəri ilk dəfə 135,10 yeni test etmişdi.
Yenin ucuzlaşmasının səbəbi Yaponiya Mərkəzi Bankının yumşaq pul siyasətini davam etdirməsi, iqtisadiyyatı canlandırmaq üçün kredit faizini faktiki olaraq mənfi səviyyədə saxlamasıdır. Eyni zamanda, ABŞ və Avropa İttifaqı maliyyə orqanları inflyasiyanın qarşısını almaq üçün kredit şərtlərini sərtləşdirirlər. ABŞ və Aİ-də məzənnələrin artması dollar və avro ilə ifadə olunan maliyyə alətlərinə investisiya qoyuluşunu daha sərfəli edir və bu valyutaya tələbin artmasına səbəb olur.
Milli valyutanın ucuzlaşması yapon ixracatçıları üçün sərfəli olsa da, idxal olunan malların, o cümlədən enerji resurslarının və ərzaq məhsullarının qiymətlərinin artmasına səbəb olur.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 d. əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
-
50 d. əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Ən çox oxunanlar
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət





















