“Azercell” məhsulları artıq “Azərpoçt” məntəqələrində!
“Azərpoçt” MMC-nin Bakı və Abşeron məntəqələrində təqdim edilən “Azercell” xidmətlərindən yaxın gələcəkdə bütün şöbələrdə istifadə mümkün olacaqBiznes modelinə dəyişiklik edərək yeni istiqamətlərdə fəaliyyət göstərən “Azərpoçt” MMC-nin növbəti tərəfdaşı ölkənin lider mobil operatoru “Azercell Telekom”dur.
“Azərpoçt” sahibkarların məhsul və xidmətlərinin bütün ölkə üzrə təqdim olunmasını nəzərdə tutan “Retail” qolu vasitəsilə “Azercell Telekom”un ödəmə kartları və digər xidmətlərini öz məntəqələrində vətəndaşlara təklif edir.
İlkin mərhələdə xidmətlər Bakı və Abşeron ərazisində göstərilir, gələcəkdə isə bütün ölkə ərazisini əhatə etməsi nəzərdə tutulur.
Xüsusi təlim keçmiş “Azərpoçt” əməkdaşları məntəqələrdə abunəçilərin “Azercell” xidmətləri ilə bağlı suallarını cavablandıracaq, bir çox müştəri əməliyyatlarını həyata keçirəcəklər.
Paytaxt və bölgələr boyu fəaliyyət göstərən “Azercell” Müştəri xidmətləri mərkəzləri, “Azercell” Eksklüziv ofisləri, “Azercell” rəsmi diler məntəqələri və “ASAN Xidmət” mərkəzlərində abunəçilərə göstərilən xidmət çeşidləri yaxın zamanda “Azərpoçt” məntəqələri vasitəsilə də vətəndaşlara təqdim ediləcək.
Xatırladaq ki, “Azərpoçt” MMC əhaliyə ənənəvi poçt xidmətləri, eyni zamanda bank, sığorta kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər, depozitlər və digər maliyyə xidmətləri, elektron hökumət və biznes xidmətləri təqdim edir. Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt”un “Azercell Telekom”la əməkdaşlığı hər iki quruma müştərilərinə daha rahat və keyfiyyətli xidmət göstərməyə imkan yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib






.jpg)





.jpg)






