Cərimələr və etibarnamələrlə bağlı məlumatlar daha əlçatan oldu
SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə vətəndaşlar “myGov” portalından cərimələr və etibarnamələr barədə məlumatları artıq daha rahat və operativ əldə edəcəklər.
SİMA-nın “ASAN Login” Vahid Giriş Sisteminə inteqrasiyası vətəndaşların “myGov” portalına daxil olaraq öz tələbə-məzun, diplom, ailə tərkibi, daşınmaz əmlak, hərbi xidmət, iş yeri, məcburi köçkün statusu, qeydiyyatda olan nəqliyyat vasitələri, stasionar telefon, sürücülük vəsiqəsi, ümumvətəndaşlıq pasportu və yaşayış yeri kimi məlumatları daha asan əldə etmələrinə imkan yaradır.
Ümumiyyətlə, SİMA vasitəsilə imza tələb olunan bütün elektron xidmətlərdən yararlanmaq mümkündür.
SİMA-nın tətbiqi ilə elektron imza əldə etmək üçün xidmət ofislərindən asılılığa son qoyulur. Bununla da ölkənin istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər bir vətəndaş olduğu yerdən elektron dövlət xidmətlərindən yararlanmış olacaq. Bu imkan vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşməsinə səbəb olacaq.
Tamamilə ödənişsiz olan rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Mobil tətbiqlə işləyən imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda sənəd imzalama imkanı qazandırır.
Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA-nın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)






