Ziraat Bank Azərbaycan “FINTEX 2022” sammitində təşəkkürnamə ilə təltif edildi!

(®) 16-17 İyun tarixlərində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Fintex Assosiasiyasının, Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili, Kommunikasiya Mərkəzinin dəstəyi və VISA şirkətinin qlobal tərəfdaşlığı ilə “Bank və maliyyə ekosistemində yeni trendlər: innovativ həllər, fintex və təhlükəsizlik” mövzusunda beynəlxalq tədbir təşkil olunmuşdur.
Tədbirdə bir çox yerli və xarici maliyyə qurumlarının nümayəndələri və rəhbər şəxsləri iştirak edərək maliyyə və bank sektorunda baş verən ən son innovativ həllər, maliyyə texnologiyaları, ödəniş ekosistemlərində yeni və gələcək tendensiyalar və digər mühum mövzulara toxunaraq təcrübə mübadiləsi aparıblar.
Ziraat Bank Azərbaycan, ölkəmizdə hər il təşkil olunan bu nüfuzlu maliyyə və bankçılıq tədbirində iştirakına və tədbirin sponsorlarından biri olduğuna görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 8 saat sonra
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
8 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
