AQTA 4 şirkəti və sahiblərini cəzalandırıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) növbəti monitorinq çərçivəsində şəkər tozu və qənddə kükürd dioksid (SO2) miqdarının müəyyən edilməsi ilə bağlı Agentliyin regional bölmələri tərəfindən ticarət şəbəkələrindən 33 istehsalçıya məxsus ümumilikdə 67 nümunə götürülüb.
Nəticələrə əsasən, nümunələrin 7-də kükürd dioksid aşkarlanmayıb, 36-da SO2-nin kütlə payı beynəlxalq təcrübədə müəyyən edilmiş normaya (15 mq/kq) uyğun olub, 24 nümunədə (12 istehsalçı üzrə) kükürd dioksidin kütlə payı normadan artıq olub.
Bununla əlaqədar sınaq nəticəsində uyğunsuzluq aşkarlanmış 6 müəssisədə (“Bolluq” MMC, “Aysu Qida Sənaye LTD” MMC, “Əmin Qida Sənaye” MMC, “Şam Fi İnternational Trading Company” MMC, “Şüvəlan Şirniyyat” ASC və fiziki şəxs Qəmbərov Rauf Rəfi oğlu) yoxlamalar keçirilib. Belə ki, Samux rayonunda fəaliyyət göstərən fiziki şəxs Qəmbərov Rauf Rəfi oğluna məxsus şəkər istehsalı müəssisəsində aparılmış yoxlama zamanı sahibkar tərəfindən verilən izahatda uyğunsuzluq aşkar edilmiş partiyanın kiçik miqdarda istehsal edildiyi və artıq satışda olmadığı bildirilib.
“Bolluq” MMC-də aparılan yoxlama zamanı məhsulun istehsalı prosesində pozuntular aşkar edildiyinə görə sahibkar barəsində inzibati tədbir görülüb. Monitorinq zamanı uyğunsuzluq aşkarlanmış məhsul partiyasının həmin şirkət tərəfindən istehsal edilməsinə dair təsdiqedici sənədlərə əsasən, sözügedən partiyaların ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar” qəbul edilib.
“Aysu Qida Sənaye LTD” MMC-də sanitariya norma və qaydalarına, gigiyena normativlərinə tam əməl edilməməsi səbəbindən sahibkar barəsində inzibati tədbir görülüb. Uyğunsuzluq aşkarlanmış məhsul partiyasının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar” qəbul olunub.
Sabirabad rayonunda fəaliyyət göstərən “Əmin Qida Sənaye” MMC-də aparılan yoxlama zamanı müəssisənin müxtəlif istehsalçı müəssisələrdən alınan qəndlərin qablaşdırılması ilə məşğul olduğu müəyyən olunub. Yoxlama çərçivəsində sözügedən partiyanın ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı qərar qəbul edilib. Eyni zamanda hazır məhsullardan təkrar nümunələr götürülərək müayinə məqsədilə laboratoriyaya təqdim edilib.
“Şüvəlan Şirniyyat” ASC-də aparılan yoxlama zamanı məhsulların etiket məlumatlarında uyğunsuzluq aşkar edilməsi ilə əlaqədar sahibkar barəsində inzibati tədbir görülüb. Hazır məhsuldan nümunələr götürülərək müayinə məqsədilə laboratoriyaya təqdim edilib. Bundan əlavə, monitorinq zamanı uyğunsuzluq aşkar edilmiş məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı qərar qəbul edilib.
Bundan əlavə, tərkibində kükürd dioksidin kütlə payı normadan artıq müəyyən edilmiş məhsullarla əlaqədar nümunələr götürülmüş 4 ticarət mağazasında − Şəmkir rayonunda fəaliyyət göstərən “El”, “Zirvə” və “Zümrüd” marketlərdə və Xaçmaz rayonunda fəaliyyət göstərən “Euro” marketdə yoxlamalar keçirilib. Yoxlama çərçivəsində sözügedən məhsul partiyalarının satışının qadağan edilməsi ilə bağlı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar”lar qəbul olunub, eyni zamanda həmin məhsullardan götürülən təkrar nümunələr laboratoriyaya təqdim edilib.
Qeyd edək ki, əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün AQTA tərəfindən bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir və bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
3 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
4 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
4 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 4 saat əvvəl
-
4 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
5 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 5 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
