DOST RİM fərdi məlumat və informasiya sistemləri ilə bağlı fəaliyyət üzrə lisenziya alıb
Yeni lisenziya Mərkəzə bir sıra yeni üstünlük və imkanlar qazandırıbƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "Fərdi məlumatların, informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi" fəaliyyət növü üzrə lisenziya alıb.
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzindən Marja-ya daxil olmuş məlumata görə, təqdim olunmuş zəruri sənədlərin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qanunvericiliyə uyğunluğu müəyyən edilərək lisenziyanın verilməsi təmin olunub.
Lisenziya müddətsiz təqdim edilib və onun əldə edilməsi DOST RİM-ə bir sıra üstünlük və imkanlar qazandırıb.
Bununla Mərkəz sosial sahədə rəqəmsal həllərin geniş tətbiqi ilə qanunvericiliyə uyğun olaraq informasiya sistemləri və ehtiyatlarının formalaşdırılmasını, inkişafını təmin edəcək, bu sahədə xidmətləri həyata keçirəcək. Habelə “Fərdi məlumatlar haqqında” Qanuna uyğun olaraq fərdi məlumatların toplanılması və işlənməsini təmin edəcək.
“DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində informasiya texnologiyaları siyasətinin müəyyənləşdirilməsi, informasiya-kommunikasiya məsələlərinin vahid şəkildə idarə olunması, habelə qurumlar arasında informasiya bazaları ilə qarşılıqlı inteqrasiyanın həyata keçirilməsini təmin edir.
Mərkəz həmçinin nazirlik üzrə e-xidmətlərin təşkili və dayanıqlılığının təmin edilməsi, informasiya sistemlərinin dəstəklənməsi və inkişaf etdirilməsi, İT sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətlərində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 12 d. əvvəl
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 2 saat əvvəl
-
11 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Alphabet 100 illik istiqraz burxmağı planlaşdırır
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Ən çox oxunanlar
Fəzail Ağamalı vəfat edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur





















.webp)





