Türkiyədə inflyasiya açıqlandı - DAHA DA YÜKSƏLİB
Türkiyədə 12 aylıq inflyasiya 73,50%-dən 78,62%-ə yüksəlib.Türkiyə Statistika Xidməti (TÜİK) iyun ayı üzrə istehlakçı qiymətləri indekslərinin (inflyasiya göstəricisi) açıqlayıb.
Marja xəbər verir ki, iyunda ölkədə illik inflyasiya 78,62 faiz təşkil edib (2021-ci ilin iyun ayı ilə müqayisədə qiymətlər 78,62% artıb ). Aylıq artım isə 4,95 faiz olub (may ayı ilə müqayisədə iyunda qiymətlər 4,95% artıb).
İqtisadçıların proqnozu inflyasiyanın aylıq 5,2 faiz, illik isə 79 faiz olacağı istiqamətində idi.
Mayda Türkiyədə illik inflyasiya 73,50% təşkil etmişdi.
Yanvar-iyun dövründə istehlakçı qiymətləri 42,35 faiz artıb.
Baza inflyasiyası illik 57,3-ə yüksəlib.
Yerli istehsalçı qiymətləri aylıq 6,77 faiz, illik 138,31 faiz artıb.
Əvvəlki ilin eyni nisbətən ən yüksək artım göstərən əsas qruplar müvafiq olaraq 123,37% ilə nəqliyyat, 93,93% ilə qida və alkoqolsuz içkilər, 81,14% ilə ev əşyaları olub.
Restoran və otellərdə qiymətlər son 12 ayda 80%-ə yaxın artıb.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 9 saat sonra
-
-
12 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
13 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 13 saat əvvəl
-
14 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb



















