ELSMART Qarabağ üzrə Ağıllı Şəhər konseptinin konsultantı seçilib
(®) Müasir dövrdə evlərin, mənzillərin ağıllı sistemlərlə idarəedilməsi lüks yox, artıq vacib təlabata çevrilib. İnkişaf etmiş ölkələrdə evlərdə ağıllı sistemlərin mövcud olması deyil, əksi təəccüb doğurur. Belə ki, evin ağıllı sistemlə idarə olunması rahatlıqla yanaşı həm də təhlükəsizlik üçün vacib amildir.
Düzgün həllər nəticəsində qurulmuş Ağıllı Ev mövcud texnikaya - kondisionerə, qaza, suya və s. avtomatik idarəetmə funksiyasının gətirilməsi deməkdir. Yəni bu sistem imkan verir ki, evdə heç kəs olmayanda kondisioner avtomatik bunu hiss etsin və işini dayandırsın və ya qaz, su sızması kimi hadisələrdə sistem kənar müdaxilə olmadan özü fəaliyyətini dayandırmaqla yanaşı lazımı orqanları və şəxsləri də məlumatlandırsın. Ağıllı idarəetmə sistemini günlük həyatın hər bir anına tətbiq etmək olar. Bağda ağacların suvarılması sisteminin rütubətlilik dərəcəsinə uyğun avtomatik qurulmasından tutmuş körpə uşaqların təhlükəsizlik məsələlərinə, ev heyvanlarının yuva qapılarının avtomatik açılması, qidanın və suyun avtomatik verilməsinin təşkilinə qədər tükənməz istiqamətlərdə tətbiq etmək mümkündür.
Azərbaycanda 10 ildən çoxdur Ağıllı Ev və Ağıllı Şəhər üzrə ixtisaslaşan ELSMART şirkətinin rəhbəri Elşad Hüseynovun sözlərinə görə artıq ölkəmizdə də Ağıllı Ev sisteminin vacibliyi getdikcə başa düşülür və insanlar bu sistemi evlərində, mənzillərində, ofislərində işlətmək üçün müraciət edirlər.
ELSMART şirkəti Ağıllı Ev sistemini qurmaqla yanaşı, istehsalı ilə də məşğul olduğundan onlar müştərilərə tam paket xidmət göstərə bilirlər. Belə ki, xarici təcrübə ilə yerli, peşəkar mütəxəssislər müasir standartlara cavab verən Ağıllı Ev avadanlıqlarını qısa vaxt ərzində sifarişçinin tələbinə uyğun olaraq hazırlayırlar. Şirkət sistemin quraşdırılması xidmətini də peşəkar səviyyədə həyata keçirə bilir.
Elşad Hüseynov onu da qeyd edir ki, Ağıllı Ev sistemlərinin mövcudluğu həm də yeni iş yerlərinin, iş imkanlarının yaradılması deməkdir:
“ELSMART artıq neçə ildir ki, paytaxt Bakı daxil olmaqla, əksər bölgələrimizdə Ağıllı Ev sistemlərinin qurulması işini öyrənmək istəyən şəxslərə təlimlər verir, onları kurslara cəlb edir. Hazırda sıralarımızda kifayət qədər əməkdaşlarımız var ki bu təlimləri və kursları uğurla bitirən məzunlardır. Elə sonuncu təlimimizi Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə Gəncə şəhərində fəaliyyət göstərən elektrik mühəndisləri üçün həyata keçirmişik”.
Müsahibin sözlərinə görə, ELSMART şirkəti öz geniş və peşəkar təcrübəsini eyni zamanda işğaldan azad olunmuş bölgələrdə də tətbiq edir. Belə ki, Qarabağ regionunun səkkiz rayonu üzrə ELSMART Ağıllı Şəhər konseptinin konsultant şirkətlərdən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
7 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
12 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
12 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)








