Rusiya şirkəti "Araz Vadisi İqtisadi Zonası”nda tikinti işlərinə hazırlaşır
Rusiyaya məxsus “KamAZ” ASC yaxın vaxtlarda Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında tikinti işlərinə başlayacaq.
Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elxan Şiriyev deyib.
"Artıq Sənaye Parkının ərazisi minalardan təmizlənib, ərazidə mobilizasiya sahəsinin yaradılması başa çatmaq üzrədir", - deyə o, qeyd edib.
Xatırladaq ki, “KamAZ”la “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Cəbrayılda birgə servis mərkəzi yaratmağı planlaşdırır. Onun ümumi ərazisi 1,5 hektar olacaq. Ərazidə satış zalı, maliyyə xidmətləri şöbəsi, xidmət bürosu, menecer şöbələri, təmir zonası ustalarının ofisləri və ehtiyat hissələri anbarının yerləşəcəyi inzibati bina, yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət üçün qulluq blokları, təmir sexləri, avtoyuma və dayanacaq fəaliyyət göstərəcək. Mərkəzdə “KamAZ” ilə yanaşı, digər yük avtomobilləri, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstəriləcək. Burada 36 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Daha 9 şirkət "Araz Vadisi İqtisadi Zonası"nın rezidenti olmaq istəyir
Elxan Şiriyev bildirib ki, Cəbrayılda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında rezidentlik statusu almaq istəyən 9 sahibkarlıq subyektinin müracətlərinə baxılır. Söhbət yerli şirkətlərdən gedir.
"Onların layihələri əsasən logistika və texniki servis mərkəzlərinin yaradılmas, kənd təsərrüfatı texnikasına təmir xidmətlərinin göstərilməsi ilə bağlıdır. "Araz Vadisi İqtisadi Zonası" logistik yerləşməsinə görə, burada TIR parklarının yaradılması, yük avtomobillərinin təmiri mərkəzinin qurulması məsələləri var. Məişət kimya məhsullarının istehsalı ilə bağlı layihə də var", - deyə o, qeyd edib.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
9 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
13 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)









