Daha bir bankın xalis mənfəəti kəskin artıb
"Naxçıvanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Naxçıvanbank" ASC 2022-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 7 milyon 814 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 3 milyon 684 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında "Naxçıvanbank"ın xalis mənfəəti 2,1 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, "Naxçıvanbank"ın faiz gəlirləri 2021-ci ilin ilk 6 ayında 6 milyon 359 min manat ikən, 2022-ci ilin ilk 6 ayında 9 milyon 503 min manat təşkil edib (3 milyon 144 min manat və ya 49,4% artıb). Bankın qeyri-faiz gəlirləri isə 2 milyon 226 min manatdan 3 milyon 7 min manata yüksəlib (781 min manat və ya 35% artıb).
2022-ci ilin birinci yarısında "Naxçıvanbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 12 milyon 510 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri faiz xərcləri) 4 milyon 336 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 8 milyon 174 min manat təşkil edib. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 361 min manat ayırdığından cari ilin ilk 6 ayını 7 milyon 814 min manat xalis mənfəət ilə başa vurub.
Qeyd edək ki, 2021-ci ilin birinci yarısında "Naxçıvanbank"ın cəmi əməliyyat gəlirləri 8 milyon 585 min manat, cəmi əməliyyat xərcləri 3 milyon 71 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 5 milyon 514 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 869 min manat ayırmış, 960 min manat mənfəət vergisi ödəmiş və həmin dövrü 3 milyon 684 min manat xalis mənfəət ilə bağlamışdı.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 İyun 2022-ci il tarixində "Naxçıvanbank" 343 milyon 677 min manat cəmi aktivlərə, o cümlədən 164 milyon 563 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank ötən ilin soununda 343 milyon 757 min manat cəmi aktivlərə, o cümlədən 140 milyon 901 min manat kredit portfelinə malik idi. Beləliklə, ötən ilin sonu ilə müqayisədə "Naxçıvanbank"ın kredit portfeli 23 milyon 662 min manat və ya 16,8% artıb.
MƏCMU KAPİTALI 100 MİLYON MANATA YAXINLAŞIR
30 İyun 2022-ci il tarixində "Naxçıvanbank" ASC 97 milyon 612 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 91 milyon 683 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 saat sonra
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
9 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
