“Embafinans”ın sürətli inkişafı 2022-də də davam edir – XALİS MƏNFƏƏTİ 30% ARTIB
BOKT “Embafinans” QSC 2022-ci ilin birinci yarısı üzrə (yanvar-iyun) əsas maliyyə göstəricilərini açıqlayıb.
Marja xəbər verir ki, “Embafinans”ın xalis mənfəəti 2021-ci ilin ilk 6 ayı ilə müqayisədə 2022-ci ilin ilk 6 ayında 409 min manat və ya 30% artaraq 1 milyon 788 min manat təşkil edib. 2021-ci ilin ilk 6 ayında təşkilatın xalis mənfəəti 1 milyon 379 min manat təşkil etmişdi.
2021-ci ilin ilk 6 ayı ilə müqayisədə 2022-ci ilin ilk 6 ayında “Embafinans” faiz gəlirləri 10% artaraq 4 milyon 147 min manat, haqq və komissiya gəlirləri isə 51% artaraq 883 min 700 manat təşkil edib.
“Embafinans”ın böyüməsi müştərilərə verilən kreditlərin artması hesabınadır. Son bir ildə “Embafinans”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 4 milyon 742 min manat və ya 16% artaraq 30 iyun 2022-ci il tarixində 34 milyon 21 min manata çatıb. Eyni dövrdə “Embafinans” QSC-nin cəmi aktivləri 1 milyon 79 min manat və ya 3% artaraq 38 milyon 254 min manata yüksəlib.
30 İyun 2022-ci il tarixində “Embafinans” 14 milyon 841 min manat məcmu kapitala malik olub. BOKT "Embafinans" QSC-nin istehlak və biznes kreditləri vasitəsi ilə həyatınızı daha rəngarəng, arzularınızı daha da əlçatan edə bilərsiniz.
(®) Sərfəli şərtlər, hər bir müştəriyə fərdi yanaşma və minimum rəsmiləşmə zamanı bizim təkliflərimizi daha da cəlbedici edir. Tələsin! Siz də arzularınıza daha yaxın olun! Daha ətraflı məlumat üçün *1414 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
-
14 saat əvvəl
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalarını) ləğv etməlidirlər"
-
14 saat əvvəl
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
-
14 saat əvvəl
BP "Şəfəq" günəş enerjisi layihəsində 10 % iştirak payını satıb
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Kinobox" və "Mahnı TV"yə lisenziya verilib
Azərbaycanda illik inflyasiya sürətlənib
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalarını) ləğv etməlidirlər"
Ən çox oxunanlar
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
“Zira Olives” Sumqayıtda mağaza açır
"FERRUM Kapital”ın 4 milyon manat borclanacağı tarix açıqlanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"PAŞA Real Estate" qlobal aktivlərini "One&Only" Hudson Valley, Nyu-York ilə genişləndirir
Yeni kart təqdim edildi - 15 min manatadək komissiyasız nağdlaşdırma, kart qalığına 8% gəlir
Azərbaycan iqtisadiyyatı 1,7 faiz artıb






















