VTB (Azərbaycan) Gənc Liderlər üçün Yay Universiteti layihəsinə dəstək verib

(®) VTB (Azərbaycan)-ın dəstəyi ilə “Gənc Liderlər üçün Yay Universiteti” keçirilib. Layihə fəal gənclərin liderlik səriştələrini hərtərəfli inkişaf etdirmək və üfüqlərini genişləndirmək üçün nəzərdə tutulub.
Universitet çərçivəsində bank gənc liderlər üçün “Maliyyə bazarlarında rəqəmsallaşma tendensiyaları və innovasiyaların tətbiqi” mövzusunda təlim təşkil edib. Təlim çərçivəsində gələcək peşəkar menecerlərə Azərbaycanın maliyyə bazarlarında rəqəmsallaşma ilə bağlı mövcud vəziyyət, dünya təcrübəsi, bu sahədə mövcud tendensiyalar və inkişaf perspektivləri barədə məlumat verilib.
Təşkilatçılar iştirakçılara intellektual oyunlar, treninqlər və əyləncəli proqram təklif etmiş, dövlət və ictimai təşkilatların nümayəndələri tələbələr qarşısında salamlama sözləri ilə çıxış etmişlər.
“Gənclərin peşəkar inkişafı VTB (Azərbaycan)-ın prioritetlərindən biridir. Bank Azərbaycan məktəblərinin şagirdləri üçün maliyyə savadlılığı üzrə təlimlərə və olimpiadalara fəal dəstək verir, həmçinin yay təcrübələrini təşkil edir. Bu, karyerasını maliyyə sektorunda davam etdirməyi planlaşdıran tələbələrin kompetensiyalarını genişləndirir və gənc mütəxəssislərə seçdikləri yolda ilk addımları atmağa imkan verir. Hesab edirik ki, belə maarifləndirici tədbirlər gənclərin təcrübə qazanmasında və karyera yüksəlişində mühüm rol oynayır”, - deyə, VTB (Azərbaycan)-ın Reklam, Marketinq və Xüsusi Layihələr Şöbəsinin rəhbəri Kristina Danyalova bildirib.
Bu il “Gənc Liderlərin Yay Universiteti”ndə iştirak etmək üçün 2,4 mindən çox tələbə müraciət edib. Onlardan 100 nəfər seçilərək layihənin iştirakçısı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
17 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
