“OAZİS” brendindən qanunsuz istifadə edilib - DÖVLƏT XİDMƏTİNDƏN İŞ ADAMINA GÖSTƏRİŞ
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əmtəə nişanlarından qanunsuz istifadə hallarının qarşısının alınması istiqamətində müraciətlərin araşdırılması ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir.
Daxil olmuş müraciətin araşdırılması zamanı fiziki şəxs Həsənova Zülfiyyə Nadir qızına məxsus “OAZİS” əmtəə nişanından fiziki şəxs Kərimov Əlizadə Əlvan oğlunun Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev, ev 24 ünvanında (Bayraq Meydanının yaxınlığı) yerləşən restoranda qanunsuz istifadə etməsi ilə haqsız rəqabətə yol verilməsi əlamətləri müəyyən olunub. Bununla əlaqədar fiziki şəxs Ə.Kərimov barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Dövlət Xidməti tərəfindən işə baxılmanın nəticəsi olaraq fiziki şəxs Ə.Kərimova “OAZİS” əmtəə nişanından qanunsuz istifadəyə yol verilməməsinə dair göstəriş verilib.
Qeyd edək ki, artıq Gülbala Əliyev 24 ünvanındakı restoran "Yeni Oazis" adı ilə fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 21 d. əvvəl
-
- 26 d. əvvəl
-
43 d. əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
50 d. əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
51 d. əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət, Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq
-
1 saat əvvəl
Ekspertiza müddəti azalaca - "Patent haqqında" qanuna dəyişikliklər edilir
-
1 saat əvvəl
İcbari qaydada sığortalanan obyekt və mənzillərin sayı 200 minə yaxınlaşıb
-
1 saat əvvəl
Pensiya kapitallarının istehlak qiymətləri indeksi 5,6 faiz artırılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Fevralın 11-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bu həftə Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında!
Qazaxıstan üzərindən yüklərin Çindən Xəzər dənizinə çatdırılması 55 saata qədər sürətlənə bilər
ABŞ Ermənistana 11 milyon dollarlıq PUA satır






























